Çətin əldə edirik, düşünmədən xərcləyirik.
Həyat bahalı, ərzağa, benzinə, avtomobilə, elektrikə, suya davamlı olaraq hər ay pul xərcləyirik. Belə bir şəraitdə ay sonunu gətirmək belə çətin, qənaət etmək, pul yığmaq qeyri-mümkündü. Amma buna baxmayaraq qazancın bir qismini yığmaq lazımdır, xüsusilə də gələcəyimizi düşünərək. Maliyyə məsləhətçilərinə bu şərtlərdə necə qənaət etmək lazım olduğu soruşuldu və məlumatlar alındı.
Məsələn, şəhərdə bir ev almaq istəyən birinin təxminən 45 min manatı olması lazımdır. Ayda 300 manat qazanan bir işçinin heç bir xərc etməsə, 15 ildə ev sahibi ola bilər. Qazancın hamısını ev almaq üçün kənara ayırsa, əlavə heç bir xərc etməməli və yeməməlidir. Bunu etmək də qeyri mümkün deyil. Əvvəlcə gəlir və xərcin hesabının yaxşı bilinməsi lazımdır. Evə girən pul nə qədərdi, hansı işlərə nə qədər pul xərclənir. Bunu da bir neçə ay və ya il ərzində deyil, davamlı etmək lazımdır.
Pul yığmamağın ən böyük səbəblərindən biri düşünmədən xərcləmək, fərqində olmadan artıq xərclər etmək, büdcə, yəni gəlir-çıxar tarazlığını saxlamamaqdı.
Bunun qarşısını almaq üçün alınacaq alış-verişin siyahısını tutmaöa ehtiyac var, yoxsa istək çoxaldıqda xərcin qarşısını almaq olmur. Əgər ehtiyac varsa və məcburiyyət varsa, bu xərc büdcə daxilində aparılmalıdır. Əgər xərc xüsusi istəyə görədirsə, bunun üçün yetərli bir büdcənin olub olmadığını soruşmaq lazımdır. Əmanəti qaldırmağın iki yolu var. "Bunlar gəliri artırmaq və xərcləri azaltmaqdır". Qənaət etmək sıx bir intizam tələb edir. İnsanlar adətən aylıq gəlirlərindən artan məbləği qənaətə istiqamətləndirirlər. Doğru olan öncə qənaət etmək, sonra xərcləməkdir.
Əmanət tövsiyələri
Maliyyə planlarınızı uzunmüddətli və real hədəflərlə edin.
Ehtiyacınız olan bütün kommunal xərcləri saxlayın və bir miqdar ehtiyat pulunuz mütləq olsun.
Pulunuzu yığmaq üçün külli miqdarda pulunuz olmasını gözləməyin. Dərhal başlayın.
Ehtiyaclarınızı qarşılamağa mümkünsə 3-6 ay yetəcək miqdarda nağd pulunuz olsun.
Yaxşı bir büdcə üçün gəlir və xərclərinizi yazın.
Büdcə və hesablarınızı illik edin.
Büdcənizə ayıracağınız xərclər əsas olaraq bunlar ola bilər: Kredit ödəmələri varsa, icarə (ən çox aylıq gəliriniz 1/4i qədər olsun), elektrik, su, qaz, telefon, internet haqqı, mətbəx xərcləri, əyləncə, nəqliyyat / benzin, geyim, fərdi baxım, istirahət, təhsil xərcləri, illik xərclər (MTV, əmlak vergisi, avtomobil sığortası, hədiyyələr), təcrübələr.
Hər bir zaman üçün müəyyən sərhəddiniz olsun və büdcə təqib etməyi vərdiş halına gətirin. Beləliklə, 1 ay sonra keçən ayı nəzərdən keçirərkən nə qədər və niyə qənaət etdiyinizi qiymətləndirin.
Avtomobil sığortası, əmlak vergisi, avadanlıq təminatı kimi az səfərlik, amma yüksək məbləğli ödənişlər üçün əvvəlcədən plan cızın. Gələcək ilin ödəməsi üçün bu ildən hər ay bir kənara pul atın və ayrıca xərclədiklərinizi nəzərdə tutun. Qaz üçün yaz aylarında müəyyən bir miqdarda pul ayırın və qış gələndə yüklü ödəmə etməkdən xilas olarsınız. Büdcə, təhsil, ev almaq və iş qurmaq üçün görəcəyiniz əmanətlər də yer alsın. Büdcəyə uşaqlarınızı da daxil edin. Büdcənizə sadiq qalın,Ancaq meydana gələn dəyişikliklər vəziyyətində də lazım olan elastikliyi göstərin. Hər bir iş üçün kreditə getməyin və "Kredit olmasaydı bu mübadilə ilə bacara bilərdimmi? " sualını düşünün. Əgər cavab "bəli" isə, əslində kreditən istifadəyə o qədər də ehtiyac yoxdur deməkdir.
Borcunuz çoxsa, bunları azaltmaq və sonra tamamilə yox etmək üçün bir siyahı tutun. Hər borcunuzu, miqdarını və müddətini yazın. Siyahının ən üstün, ən yüksək miqdarını deyil, ən yüksək faizli borclarınızı yazın.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bakının mərkəzi avtomobillərin hərəkəti üçün 2 gün bağlı olacaq
Dünyanın ən yaşıl rəngli ölkələri
İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlandı: 10 min işsizə vəsait ödəndi - VİDEO
Apple yenidən lider oldu
Havaysayağı toyuq qızartması (foto resept)
Günəşdə güclü partlayış: qasırğa olacaq
Hava haqqında
Oğlan uşaqları üçün yay geyimləri
Şlyapa necə yuyulmalıdır?
Kiçik küftəli şorba (foto-resept)
Актриса-певица показала свой дом стоимостью 5 миллионов
Armudlu piroq(foto resept)
Twitter-dən yenilik
Hollivud ulduzu tənhalıqdan şikayətləndi-FOTO
Merve Boluğur ilk dəfə yeni sevgilisinin üzünü göstərib
Hovuzda insan kimi dincələn panda görənləri təəccübləndirdi-FOTO
10 funt verdi 1 milyon qazandı
Portağallı rulet (foto resept)
Bədəni təmizləyən içki
Tatlısəs Hiltonu Bodruma dəvət etdi
İlin sonuna neft 100 dollara çata bilər
Rusiyanın bu vilayətində əsasən azərbaycanlı kişilərlə evlənirlər
“İrma” qasırğası 30 il əvvəl butulkada göndərilmiş məktubu okean sahilinə atdı
Bu gecə Həcc ziyarəti başlayır
Prezidentdən sərəncam
Gəncədə yunan-Roma güləşi üzrə Respublika turniri başa çatdı
Koronavirusla bağlı tibb müəssisələrinə xəbərdarlıq
Şahzadə Harrinin oğlunun dayəsi işdən çıxdı_SƏBƏB
Ralph Laurenin payız kolleksiyası
"Time 100" Qırmızı Xalça
Yaz gəlinlik nümunələri
Erməni diversanta hökm oxundu
WhatsApp-da daha bir yenilik
Mələklə söhbət
1 manatlıq "dönər+ayran"nın keyfiyyətinə kim zəmanət verir?
Azərbaycanda 26 bank bağlana bilər
Şuşa məscidindən ən son FOTOlar
Azərbaycanda bu adları sevmirlər?
Balığa Obama adı verildi
Fahriye Evcenin 10 minlik çantası-FOTO
Soyuq havalar üçün manikür modelləri
Dünyanın ən kriminal şəhərləri
Oğlaq bürcü qadını
Ramazanın 27-ci gününün duası: İmsak və iftar vaxtı
Yeni il ağacı şirniyyatı (foto-resept)
Pijama modelləri
Sabah şahzadə Yevgeniyanın toyudur-FOTO
Qara "maska"nın ağ "maska"dan fərqi-FOTO
Vyetnamda vəhşi heyvan ticarəti qadağan olundu
Rihanna fərqli obrazda-FOTOsessiya















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]