Arvad gecə ərini oyadır:
-Qalx, deyəsən həyətdə oğru var.
Kişi:
-Başını pəncərədən çıxart elə bilsinlər ki ,evdə it var.
***
Kənddə rus məktəbi açılır.
Müəllimə şagirdə deyir.
- Mamed, vstan.
Məmməd:
- Vstanmıyajam.
Müəllimə:
- Vstanajağsan.
***
Bir gün ər - arvad dalaşırlar.
Arvad əsəbləşib ərini döyür.
Əri qorxusundan çarpayının altına girib gizlənir.
Arvad deyir:
- Çıx ordan.
Kişi deyir:
- Yooox.
Arvad:
- Sənə demirəm çıx ordan?
Kişi başını çıxarıb deyir:
- Bu evin kişisi sənsən, yoxsa mən?
Nə vaxt istəsəm, onda çıxaram.
***
Kişi girir dükana və 15 qəpiyə yumurta alır.
Çıxanda görür ki, qarşı dükanda 10 qəpiyə satılır.
Fikirləşir ki, necə qaytarsın?
Qayıdır dükana deyir:
- Öz toyuğunuzun yumurtasıdır?
- Bəli.
- Bəs xoruz necə özünüzünküdür?
-Xeyr.
-Götür yumurtanı, mənə pozğun yumurtası lazım deyil.
***
2 sərxoş binanın başına çıxır və söhbət edirlər.
Sərxoşun biri binadan aşağı baxır və deyir:
- Görəsən mən burdan aşağı düşsəm neçə həftəyə çataram.
O biri alkaş deyir:
- 1 həftəyə.
- Bəs görəsən ölərəm?
- Bəs necə, 1 həftə ac-susuz yol gedəcəksən.