Ər ilə arvad birlikdə tətilə çıxırlar. Getdikləri yerdə çadır qururlar. Tətilin ikinci gününün axşamı gözəl axşam yeməyi yeyirlər və yatırlar. Bir neçə saatdan sonra qadın oyanır və ərini də oyatmağa başlayır. Kişi yuxudan yarımçıq oyandırıldığı üçün yuxulu və əsəbi olur. "Nə oldu? Nə istəyirsən?" - deyə soruşur. Qadın deyir: "Yuxarıya bax və mənə nə gördügünü söylə". Kişi səmaya baxır və cavab verir: "Bunun üçünmü oyandırdın məni? Hə, baxdım. Çoxlu ulduz görürəm, par-par parıldayan milyonlarla ulduz". Arvadı təkrar soruşur: "Yaxşı, səncə, bu nə deməkdir?" Artıq əməlli-başlı yuxusu qaçan adam bir az düsünür və cavab verir: "Teoloji olaraq, Tanrının qüdrətini və öz acizliyimizi görürəm. Fəlsəfi olaraq, kainatın sonsuzluğunu və onun qarşısındakı əhəmiyyətsizliyimizi görürəm. Astronomik olaraq, qalaktikaların, ulduzların, planetlərin varlığını görürəm. Ulduzların mövqeyinə baxaraq saatın 3 olduğunu, meteoroloji olaraq bu gün havanın çox gözəl olacağını görürəm. Niyə soruşdun bunu məndən? Sən nəyi göstərirsən?"
"Çadırımızı oğurlayıblar...''