Qadin.NET / Həkim - xəstə lətifələri

Həkim - xəstə lətifələri

Həkim - xəstə lətifələri
Əməliyyatdan əvvəl xəstə həkimdən soruşur:
- Həkim, əməliyyatdan sonra mən fleytada çala biləcəm?
- Sakit olun. Əlbəttə ki, çalacaqsınız.
- Mən heç vaxt fleyta çala bilməmişəm. Siz həqiqətən yaxşı cərrahsınız.
***

Xəstə həkimdən soruşur:
- Həkim, düz deyirlər ki, yerkökü görmə qabiliyyətini yaxşılaşdırır?
- Həqiqəti deyirlər! Heç nə vaxtsa eynəkli dovşan görmüsən?

***

Həkim xəstəyə deyir:
- İçməsən, ömrünü uzadacaqsan.
- Düz deyirsiz, həkim! Bir həftə içmədim, həftə mənə il qədər uzun göründü.

 

Həkim - xəstə lətifələri
***

Dəlixanada dəlilərə pyes oxudulur. Oxuyub qurtarandan sonra dinləyicilərdən fikirlərini öyrənirlər. Biri ayağa durub deyir:

 -Pyes xoşuma gəldi. Ancaq orda personajlar yaman çox idi.
Bu dəm sanitar içəri girib soruşur: -Dəlilər, telefon kitabını kim götürüb?

***

Yuxusuzluqdan əziyyət çəkən boksçu həkimin yanına gəlir. Həkim məsləhət verir:

-Yatmağa uzanandan sonra saymağa başlayın.
Boksçu:
- Yox, bu, mənlik deyil. Doqquza çatan kimi ayağa qalxıram.

***

 
- Niyə dərman içmirsiniz?
- Dadı xoşuma gəlmir.
- Siz dərmanı için, elə hesab edin ki, konyak içirsiniz.
- Yaxşısı budur konyak içim, elə hesab edim ki, dərman içirəm.

***


Xəstə (ümidlə):
- Doktor, mən yaşayacağam?
- Həkim (nəzakətlə):
- Sizi ölümdən sonrakı həyat maraqlandırır?

* * * 

 

Həkim xəstəyə iki dərman verir:
- Birini gecə yatmamışdan əvvəl qəbul edin. İkincini səhər - əgər ayılsanız.

 
***

- Doktor, xahiş edirəm, tez gəlin. Arvadımın kor bağırsağının ağrısı tutub!
- Narahat olmayın. İki il əvvəl arvadınızın kor bağırsağını kəsmişəm. Adamda ikinci dəfə kor bağırsaq ola bilməz.
- Düzdür, doktor. Ancaq adamda ikinci arvad ola bilər.

***

Həkim xəstənin yanına gəlib deyir:
- Xəstə, mənim sizə iki xəbərim var - biri yaxşı, biri pis. Hansından başlayım?
- Doktor, yaxşı xəbərdən başlayın.
- Bu xəstəliyə sizin adınızı verəcəklər.

18 yanvar 2014
GO BACK