Qadin.NET / Molla Nəsrəddin lətifələri (davamı)

Molla Nəsrəddin lətifələri (davamı)

Molla Nəsrəddin lətifələri (davamı)


AŞI MOLLANIN, BAŞI MOLLANIN


Bir molla çayın kənarında əyləşmişdi, gördü ki, suyun
üzü ilə çay axını bir neçə motal üzüb gəlir. Tez soyunub girdi suya, motalların ikisini
tutdu, ikisi də ona yaxınlaşdı.
Molla əlindəkilərin hərəsini bir ayağına keçirtdi, yaxınlaşan iki motalı da tutdu. Gördü ki,
uzaqdan bir motal da gəlir, əlindəkilərdən birini dişinə alıb onu da tutdu. Bu zaman suda
bir motal da göründü. Ancaq molla nə qədər can atdısa,
altıncı motalı tuta bilmədi.
Çaya gələn bir kişi əl uzadıb motalı tutanda, molla fısfısla dedi:
- A kişi, motala şərikəm a!..
Odur ki, deyiblər:
Aşı mollanın, başı mollanın,
altıdan beşi mollanın,
yerdə qaldı bir dənə,
onda da var işi mollanın.

ABBASINI ÖZÜN AL


Birisi keçəlin boynuna bir sillə vurmuşdu. Keçəl qazının yanına şikayətə getdi. Sillə
vuran adamı tapıb gətirdilər. Qazı kitabını açıb bir qədər vərəqləyəndən sonra keçələ
dedi:
- Boynunun ardında sillənin yeri qalmadığı üçün ondan bir abbası ala bilərsən.
Bu söz keçəlin xoşuna gəlmədi. Dikəldi və qazının
boynuna bir sillə vurub dedi:
- Mən tələsirəm, abbasını ondan özün al!


QAZI VƏ XORUZ


Qazının həyətində axsaq bir xoruz var idi. Bir gün
Həyətdə eşələnərkən xoruz bir manqur («qara yarım
Qəpiklik») tapır. Xoruz manquru dimdiyinə götürüb həyətin ortasına qoyur və banlamağa
başlayır:
«Quqqulu-qu, bir dənə manqur tapmışam!» Qazı adamlarını göndərdi, manquru xoruzdan
aldılar.
Xoruz yenə banladı: «quqqulu-qu, qazı mənə möhtacmış»
Qazı adamlarına dedi: «Aparın, xoruzun manqurunu
qaytarın»
Xoruz manquru alıb yenə banlamağa başladı:
«Quqqulu-qu, qazı məndən qorxarmış!»
Qazı yenə öz adamlarına dedi: «Bu xoruz məni təngə
Gətirdi. Gedin, başını kəsin, bişirib plovun üstünə qoyun.
Onu yeyəcəyəm».
Xoruzun başını kəsəndə o yenə bərkdən banlayıb dedi:
«Quqqulu-qu, nə iti bıçaqmış!»
Xoruzun başını kəsəndən sonra qazana salıb bişirdilər.
Xoruz qazanda da banladı: «Quqqulu-qu, nə isti hamamdır!»
Plovu bir böyük nimçəyə çəkib xoruzu üstünə qoydular.
Xoruz banladı: «Nə ağca təpədir!»
Qazı xoruzu parçalayıb yeməyə başladı. Çeynəyib
udanda xoruz banladı: «Nə darca küçədir!» ..Xoruz
plovqarışıq qazının qarnına düşəndə bir də banladı:
«Quqqulu-qu, nə lehmə dərədir!»
Qazı o qədər yedi ki, qarnı partladı. Xoruz qazının
qarnından çıxıb banladı: «Quqqulu-qu, qazının qarnı yırtıldı, mənim canım qurtuldu!»


FƏRMANLI PİŞİK


Bir kişinin bir oğru pişiyi var idi ki, sahibini lap boğaza
yığmışdı. Bir gün kişi pişiyi tutub, əl-ayağını saqqızla taxta parçasına yapışdırır və onu
çaya buraxır. Demə ki, bu çayın bir qolu xəlifə Harunər-Rəşidin həyətindən keçirmiş.
Harun çayda çimərkən pişiyi görüb təəccüb elədi, əmr verdi, pişiyi tutub gətirdilər.
Pişiyin ayaqlarının saqqızla taxtaya yapışdırılması Harunu daha da heyrətləndirdi. Əmr
Elədi, pişiyin əl-ayağını taxtadan ayırıb təmizlədilər. Sonra xəlifə:
«Pişik Harunun azadkərdəsidir, hər kəs ona əziyyət versə, böyük tikəsi qula_ğı boyda
ediləcəkdir!» Fərmanını yazdırıb pişiyin boynundan asdırdı. Pişiyi buraxdılar.
Pişik gəzə-gəzə gəlib keçmiş sahibin evini tapdı. Kişi
gördü ki, pişiyin boynuna nə isə bağlanıb, açıb oxudu.
Xəlifənin fərmanından xəbərdar olcaq arvadına dedi:
- Yığış, arvad, buradan köçək. Biz pişiklə fərmansız
bacara bilmirdik, indi fərmanla ona neyləyə bilərik?!
Kişi avadanlığını bir arabaya yığıb bir baş xəlifənin
hüzuruna sürür və ərz edir:
- Evi verdim pişiyə, indi göstər haraya köçüm!

Eləcə də baxa bilərsiniz:


Molla Nəsrəddin lətifələri
13 mart 2010
GO BACK