Exbury Egg- İngiltərə
İngiltərənin Hampshire bölgəsində Beaulieu çayı üzərinədə inşa edilmiş Exburt Egg adındakı bu inşaat, bir evdən daha çox başqa şeyə bənzəməsinə rəğmən, üzə bilən xüsusiyyətinə sahibdir. SPUD qrupu, PAD studiyası və sənətkar Stephan Turnerin iş birliyi nəticəsində yaradılan və öz-özünü idarə etmə qabiliyyətinə malik bu gözəllik yumurtaya bənzər görünüşü ilə də hüzurlu və keyifli bir yaşam təqdim edir.
ParkArk-Hollandiya
PArkArk, Rotterdam mərkəzli bir firma olan BYTR memarlıq şirkətinin bir əsəridir. Bir çox üzən evin əksinə kəşf etməyə təşviq edən bu inşaat, xüsusilə, ailələr üçün qüsursuz bir məkandır. ParkArk tikilisinin sahibi daha əvvəl polad bir gəmidə yaşayırdı.
Port X- Çexiya
Zərif və modern bir inşaat olan Port X, "C" hərfi şəklində dizayn edilmişdir. İddialı və modern dizaynına əlavə olaraq Roma memarlığından ilhamlananaraq bu təsir edici evdə, üç insan 235 dollara, bir insan isə 193 dollara qala bilər.
Floatwing- Portuqaliya
Floatwing olaraq bilinən bu gözəl üzən ev, Portuqaliyadakı Coimbra Universitetinə bağlı bir qrup tərəfindən inşa edilmişdir. O zamandan bəri bir marka olmağı bacaran Friday adındakı bu qrup, bir çox uğurlu proyektin də arxasındakı ad olaraq işlərinə davam edirlər.