Qadin.NET / Gül rənglərinin mənaları

Gül rənglərinin mənaları

 

 

Gül rənglərinin mənaları



 

Qırmızı güllər

Qırmızı rəng tutqu və eşqlə bağlıdır. Qırmızı güllər eşqi, alovu və qanı təmsil edir. 

 

 

Gül rənglərinin mənaları



 

Çəhrayı güllər

Çəhrayı güllər gəncliyi, sevgini və nəzakəti təmsil edir. Çəhrayı gənc qızların, pəri nağıllarının və şəkərlərin rəngidir. Harada olursanız olun, çəhrayı rəng olan hər yer sizə şirin gələcəkdir. Bu rəng çox diqqət çəkicidir.

 

 

Gül rənglərinin mənaları



 

Bənövşəyi güllər

Bənövşəyi, əsilzadələrin və varlığın rəngidir. Eyni zamanda nəzakət, cömərdliklə də bağlıdır. Bənövşəyi güllər nə qədər dərin olduqlarını göstərir.

 

 

Gül rənglərinin mənaları



 

Ağ güllər

Ağ, ümumi olaraq məsumluğu təmsil edir. Ənənəvi olaraq baxdığımızda, yeni bir başlanğıc, təmizliyi və uyğunlaşmanı təmsil etdiyini görərik. Nişan və toy kimi əlamətdar günlərdə bu səbəbdən ağ güllərdən istifadə edirlər.

 

 

Gül rənglərinin mənaları



 

Yaşıl güllər

Yaşıl, rəng olaraq təbiətdə qarşımıza çıxır. Yaşıl güllər güvəni, ümidi və səmimiliyi təmsil edir. Bu məsələdə olduqca güclüdürlər. Ümidsiz olan dostlarınıza mütləq yaşıl bir gül hədiyə etməlisiniz.

 

 

Gül rənglərinin mənaları

 

 

Sarı güllər

Sarı güllər, qayğılarınızı azaltmağa köməklik edir. Sarı güllər, təbiətdə çox qarşımıza çıxır və təbiətə verdikləri möhtəşəm enerji ilə bilinirlər. Bizə pozitiv olmağımıza dair bir mesaj verirlər və gələcək üçün enerji verirlər.

 

 

Gül rənglərinin mənaları

 

 

Mavi güllər

Macəraların, röyaların, gəzginlərin rəngi olaraq bilinir. Mavi güllər, yeni macəralara atılmağımız lazım olduğuna dair mesajlar verirlər. 

 

 

Gül rənglərinin mənaları

 

 

Narıncı güllər 

Məsuliyyətlərimizin olmadığı isti bir yaz günündə oyandığınızı xəyal edin. Narıncı güllər komfortu və sevinci təmsil edir. Əgər sevdiyiniz insanlara minnət duyğunuzu və xoşbəxtliyinizi göstərmək istəyirsinizsə, onlara bir narıncı gül hədiyyə edin.

 

17 aprel 2017
GO BACK