Axtardığım özümün xoşbəxtliyi deyil... Sadəcə insanların xoşbəxt olub olmadığını bilmək istəyirəm. Nəyə görə bilmək istəyirəm? Bunu bilmək mənə nə verir? Bəlkə də səbəb, mənim xoşbəxt olduğum dəqiqləri, yəni hal-hazırda olduğum vəziyyəti dərk edə biməməyimlə əlaqədardı.. Xoşbəxt olmaq.. Əlbəttəki uzun müddətli xoşbəxtlik insana yeknəsək gəlir və dəyərini itirir, həm təbii olaraq bu mümkün də deyil.. Bəlkə də xoşbəxtlik dinc həyatdı!? Bəlkə sevdiklərinin yanında olmasıdır!? Ac insana isti çörək, soyuq olana isti paltardı.. Ümidsizə ümid işığının istisidir.. O qədər versiyalar varki.. hər fərd üçün xoşbəxtlik iliksiri fərqli fərqlidi. Və heç kəs öz xoşbəxtlik prinsipini heç kəsə məcburi qəbul etdirə bilməz.. Təbii şüurlu və düşünməyi bacaran insan bunların hamısını dərk edir və bilir..
Xoşbəxtlik axtarışı mənim üçün gülməli istəkdir..
Bunuçun axtarmaq lazım deyil ki, sadəcə görmək bəs edir.. Görməyi bacarmaq.. Hiss etməyi bacarmaq.. Əgər sən kənardan xoşbəxt görünürsənsə kimçünsə deməli burda nəsə var.. sadəcə sən görmürsən, ya da hiss etmirsən.. çünki insan olduğundan fərqli görünə bilmir. Əlbəttə ki, yalançı göstərişlər də var, özünü olduğundan fərqli göstərmək, yalan gülüşlər, sözlər.. nə var ki bununla maska taxıb, təlxək obrazına düşməyə, amma bircə zəif an bəsdir ki, köpükdən düzəltdiyin saxta xoşbəxtliyin dağılsın.
İnsanın şüurlü şəkildə cavab verə bilməyəcəyi bir haldı xoşbəxtlik məncə. Çünki, bəzən insan olduğu, içinə düşdüyü vəziyyəti tam anlamı ilə dərk edə bilmir. Əslinə bu onların günahı deyil..
Mən özüm hal-hazırda vəziyyətin nə yerdə olduğunu anlamağa çalışıram..
Nəticə? Nəticə əldə etmək üçün əvvəlcə çox az sayda yaxın bildiyim insanlara bu sualı ünvanladım - "XOŞBƏXTSİZ?"
Cavablar qəribə idi, deqiq bildim ki 2si yox dedi, bəzisi nəyə görə soruşursan ki dedi, mənə dəli olmusan sualını verən də oldu (..əziz Mələyim xoşbəxtsən sualını vermək nə vaxtdan dəlilik hesab olunur?), kimisi konkret hə, kimisi də bu gün hə cavabını verdi. Hardasa qane etdi cavablar məni amma daha çox kütlədən, daha çox adamdan soruşmaq istədim. Səhifədə sual eyniylə verildi "XOŞBƏXTSİZ?", suala eyni istiqamətli cavablar almadım, fərqli, maraqlı, mənim kimi düşünən, düşünməyən, və yenə də özünü xoşbəxt hesab edən etməyən insanlar....
Özümə bu sualı 3 nəfər verdi.. Bəs sən xoşbəxtsən? sualdan yayındım. İndi də yayınıram. Mən xoşbəxtliyin nə olduğunu bilirəm, amma bu suala cavab vermək istəmirəm. Bu qədər sadə...
Xoşbəxtlik anların ani qığılcımıdı.. O qığılcımı gördünsə deməli sən xoşbəxtsən. Bu bilirsiz nəyə bənzəyir? Səmada ulduz düşəndə biri görür və həyəcanla "Baxın ulduz, Bax! Bax! Ulduz düşür!", digəri "Hanı? Hardadı? Görmürəm axı!", o birisi "Aaa mən gördüüümm.. Nə qəşəngdiii..", bir başqası heç başını qadırmadan "Nəyidi qəşəng? Ulduzdu da gündə neçəsi eləcə düşür.." deyir. Xoşbəxtliyi özü üçün yaradan, xoşbəxtliyi yanından ötüb keçən və onu görməyi bacarmayan, xoşbəxtliyi tutmağı bilən və bir də ümumiyyətlə, xoşbəxtlik axtarmayan... Seçim sizindi... Yəni bizimidi...
Abdullayeva