Valentin günü” dünyanın bir sıra ölkələrində 14 fevralda qeyd edilir. Dünya ölkələrində, bu günün həvəskarlarının bir-biri üçün hədiyyələr aldığı və kütləvi qeyd etdiyi faktları danılmazdır. Valentin gününün atributları da var, bunlar ürək şəkilləri və göyərçin fiqurudur. Bəs indi bir çox müsəlman ölkələrində, türk dünyasında belə qeyd edilən bu xristian gününün əhəmiyyəti nədir?
Katolik xristianların "Müqəddəs Valentin" dedikləri və şəxsiyyəti ilə öyündükləri bu keşiş çox müəmmalı bir kimliyə sahibdir. Əslində 14 Fevralın sevgililər günü kimi qeyd edilməsi onun dövründən xeyli öncələrə, təxminən 1500 il əvvələ gedib çıxır. Bunun əsası xristianlığa deyil, əski Roma ənənələrinə dayanır.
Qədim Romada 14 fevral tarixi bütün Roma xalqı üçün isə xüsusi əhəmiyyət kəsb edirdi. Həmin gün inanclarına görə, Roma "Tanrı" və "Tanrıçaları"nın kraliçası olan Junoya duyulan sayğıdan dolayı bayram elan olunurdu. Səhərisi gün isə Lupercalia bayramı başlayırdı. Bu bayram xalqın gənc kütləsi üçün böyük “önəm” daşıyırdı.
Bu “önəm”in səbəbi isə həyatları qəti qanun-qaydalarla müəyyənləşdirilmiş və bunun da təbii nəticəsi olaraq gəzib-əylənmə şansı çox məhdud olan gənclərin bu bayramda bir-birləri ilə iyrənc şəkildə əylənmələri idi. Bu “bayram”da hansı gəncin hansı qızı seçməsi də öz istəklərinə bağlı deyildi. Romalı gənc qızlar adlarını kiçik kağız parçalarına yazaraq, bir çəlləyə atır, həmin kağızlardan birini seçən romalı gənc də seçdiyi kağızda adı yazılan qızla həmin gecə bir yataqda olaraq istənilən cinsi arzusunu həyata keçirməkdə sərbəst buraxılırdı və onlar bayram boyunca ayrılmırdılar. Dini nöqteyi-nəzərdən yanaşsaq, həmin gün minlərlə kişi və qadın Tanrını danaraq əxlaqsızlıqla məşğul olurdu.
14 fevral — Sevgililər Gününü bütün dünya qeyd edir. Bu bayram Avropada XIII əsrdən, ABŞ-da 1777-ci ildən, Sovet ölkələrində isə 1990-cı ildən etibarən qəbul edilmişdir.
Sevgilər Gününün başlanğıc tarixi qədim Roma İmperatorluğu zamanına uzanır. Və tarixi, bir növ Valentin və İmperator II Klavdiyə bağlanır. Valentin öz dövrünün xeyirxah keşişi idi və gənc aşiqləri evləndirirdi. Hazırda bu proseslər evləndirmə proqramlarının ümidinə qalıbsa, qədim dövrlərdə bu işi Valentin yerinə yetirirdi. İmperator II Klavdiy Romanı öz sərt qanunları ilə zalımca idarə edən bir hökmdar idi. Onun üçün ən böyük problem ordusunda döyüşəcək əsgər tapa bilməməsi idi. O, bu vəziyyətin tək səbəbini romalı kişilərin ailələrini buraxmaq istəməmələrində görürdü.. Elə bu səbəbə görə Romadakı bütün nişan və evlilikləri dayandırdı. Valentin imperatorun bu qadağasına baxmayaraq, gizlicə cütlükləri evləndirməyə davam edirdi. Ancaq gizlilik çox çəkmədi, imperator bundan xəbər tutdu. Valentin insanları evləndirməyə davam etdiyi üçün həbs olundu və etdiklərinin cəzası olaraq çubuq ilə döyülərək öldürüldü. Bizim eradan əvvəl 270-ci il 14 fevral tarixində Xristian qəbiristanlığında basdırıldı.
Bu arada söyləmək lazımdır ki, Valentin öz sevdiyi xanıma ilk “təbrik” kartı yollayan şəxsdir. O həbsdə olarkən, türmə gözətçisinin qızına vurulur. Və sevgisini çatdırmaq üçün bu vasitədən istifadə edir. Məktubların sonunda «Sənin Valentinindən» (“From Your Valentine”) sözlərini yazırdı. Bu hazırda bir adətə çevrilmişdir. Hər 14 fevral günü sevgililər bir-birlərinə “valentinka” adlanan sevgi ifadəsi yollayırlar. İndiki dövrdə bu smslə də, internetlə də olur. Sevginizi ifadə edərkən qırmızı və ağ rənglərdən istifadə edin. Çünki, qırmızı rəng ehtirası, ağ rəng isə saf sevgini bildirir. Valentinin ölümündən uzun zaman sonra 496-cı ildə Roma Papası Helasius 14 fevral gününü Müqəddəs Valentin Günü kimi adlandırdı. Müqəddəs Valentinin cəsədi dövrümüzə qədər saxlanılmaqdadır. Şotlandiyanın Qlazqo şəhərində yerləşən Roma-Katolik kilsəsinə gəlib Valentindən saf məhəbbət istəyən insanların sayı hər il getdikcə çoxalır.