Qadin.NET / Doğum gününə görə xarakter (yanvar)

Doğum gününə görə xarakter (yanvar)

Doğum gününə görə xarakter (yanvar)

1 yanvar - 10 yanvar

Narahatlıqdan və davadan xoşları gəlmir. Sevdiklərinə bağlı, səbrli və çalışqan olurlar. Heç kimin  bir nəsnəsində gözü olmayan, özü çalışıb qazanan tiplərdir. Uğur qazanmağı sevən və rahat yaşmağı arzulayan olurlar. Olduqca nəzakətli və mədənidirlər. Dürüstdürlər. Uğursuzluğa dözə bilmirlər. Sevgiyə dəyər verirlər. Yeniliklərə açıqdırlar. Heç vaxt təslim olmurlar və daim mübarizə aparırlar.

Doğum gününə görə xarakter (yanvar)

11 yanvar - 19 yanvar

Son dərəcə məntiqli, bacarıqlı, ağıllı sözündə dayanandırlar. Təhsilə dəyər verirlər. Öyrəndiklərini asanlıqla unutmurlar. Yaradıcı qabiliyyətlərini asanlıqla tətbiq edə bilirlər. Nəyin lazımlı, nəyin lazımsız olduğunu yaxşı müəyyən edə bilirlər. Məntiqlidirlər. Lazım gələrsə sərt danışırlar. Eyni anda birdən çox mövzuda bilik sahibi  ola bilirlər. Müşahidələri güclüdür. İş həyatında asanlıqla uğur əldə edirlər.

Doğum gününə görə xarakter (yanvar)

20 yanvar - 29 yanvar

Açıq sözlü, yenilikçi, dostluq münasibətləri güclüdür. Orjinal fikirlərə sahibdirlər. Davranışları ilə diqqət çəkə bilirlər. Lazım gələrsə duyğularını ikinci plana keçirib, məntiqli hərəkət edə bilirlər. Zehni bacarıqları güclüdür. Tez öyrənmə bacarıqları var. Analiz qabiliyyəti var. Qarşısına qoyulan sərhədləri və maneələri sevmir. Çətinlikləri ağlı ilə asanlıla həll edirlər.

6 fevral 2017
GO BACK