Qadin.NET / Oxatan bürcü qadını

Oxatan bürcü qadını

Oxatan bürcü qadını

Həyatınızda oxatan bürcü qadını varsa, çox şanslısınız! O, yüksək enerjisi ilə xoşbəxtlik gətirir, praktiki zəkası ilə münasibəti asanlaşdırır, dərin xarekteri ilə münasibəti canlı saxlayır. Astroloq Neşe Erden oxatan bürcü qadının xüsusiyyətlərini yazdı. Onları yaxından tanımağa hazırsınız?

Oxatan bürcü qadınları cəmiyyət içində şənliyi, nəzakəti, şirinliyi ilə sevilən biri olurlar. Rəngarəng xarekteri və geniş maraq dairələri sayəsində ətraflarına çox insan toplaya bilirlər. Evdə oturanda belə özlərini məşğul edəcək fəaliyyətlər tapa bilirlər. Dostluq onlar üçün vacibdir. Dostları onların hər şeyidir və onlar üçün hər cür fədakarlığı edərlər. Amma gənclik illərində dostlarından aldıqları yaralara görə özlərini qoruma altına alırlar. 

Oxatan bürcü qadını

Oxatan bürcü qadınlar hər zaman yoldadır

Bu qadınlar həyat yoldaşı seçərkən çox diqqətlidirlər. Bəzən həyatı boyunca axtardığı xarekterdə birini tapmayacağını düşünür. Əyləncəli, ünsiyyətcil, ağıllı, sosial, təbiətə marağı olan, fəlsəfəyə marağı olan və hər mövzuda dürüst olan kişilərdən xoşu gəlir. 

Onlar hər yerdə yalnız yaşayacaqlar. Hətta kinoya və dostarının evlərinə gedəndə hüzursuz şəkildə yoldadırlar. O, hər zaman sizə eşitmək istədiyiniz sözləri deməyəcək. Çox vaxt açıq sözlülüyü sizə tikan kimi gələcək. Amma arada elə gözəl sözlər deyəcək ki, sizə mahnı oxuyurmuş kimi gələcək. Partnuyorunuzda utancaqlıq görmək istəyən keçmiş düşüncəli kişilərdənsinizsə, bu qadınlardan uzaq durun.

Oxatan bürcü qadının eşq həyatı əyləncəlidir

Bu qadınlar hər zaman həyatında dəyişikliklər, sürprizlər və yeni dostları olmasını sevirlər. Eşq onun həyatının mərkəzində deyil. Asanlıqla dostluq qura bilən və isti söhbəti ilə qarşısındakına elektrik göndərə bilən qadındır. Hər mühitdə fərqli insanlar rahatlıqla ünsiyyət qura bilir. Bəlkə də ona görə həyatının kişisini axtarmaz, onsuz onunla bir gün qarşılacağını bilər. 

Oxatan bürcü qadını

 

Qızıl qəfəs belə olsa qəbul etməz

Ən xoşu gəlməyən kişi tipi, qadına hökm etməyi sevən tipdir. Həyat yoldaşına çox sadiqdir. Oxatan bürcü eşqi yox, evliliyi çox ciddiyə alır. Ev işlərindən xoşu gələn, tikişlə, ütü ilə vaxt keçirməyi sevən qadın deyil. Əgər sizi çox sevirsə, bunları edəcəkdir. Amma bunları tez bitirib, xoşu gələn işlərlə məşğul olacaqdır. 

Əsas xüsusiyyətləri

Mədəniyyəti yüksək xarekterə malikdir. Bu xüsusiyyəti ilə hər mühitdə hər kəsin diqqətini çəkə bilir. Yumor hissi güclüdür. Özü şən olduğu kimi insanlara da xoş əhval bəxş edir. O, hər zaman ağıllı davranışlar sərgiləyər. Hər şeyə qarşı hissiyyatlıdır. Cazibəyə malik olan bu qadınlar, asanlıqla diqqət çəkirlər. Bu qadınlar tez sıxılan və qırılan xarekterə sahibdirlər. Azadlıqlarını çox sevirlər. Geniş dünya görüşünə malikdirlər. 

Oxatan bürcü qadını

Fiziki görünüşü

Gözləri olduqca genişdir və bir-birindən uzaqdır. Adətən saçları dalğalı və qarışıqdır. Üz xətləri isə hər zaman gülüşə hazır kimidir. Alnı genişdir. Dolğun dodaqlara sahibdirlər. Gözləri o qədər gözəldir ki, hər zaman parıldayır. Adətən orta boylu olurlar. 

17 yanvar 2017
GO BACK