Xınalıq kəndi Azərbaycanın Böyük Qafqazlardakı ən yüksəkdə yerləşən yaşayış yeridir. Tarixi 2000 il əvvələ qədər gedib çıxır. Fəqət bölgə haqqında yazan bəzi jurnalistlər, buradakı kəndlilərin keçmişinin 5 000 il əvvəllə, Qafqaz Albanıyası dövrünə gedib çıxdığını deyirlər. Hətta bəzi əfsanələr görə buradakı kəndlilər, özlərini nuh peyğəmbərin nəvələri kimi görürlər.
Xınalıq kəndi, ölkənin şimal-şərqində zəngin mədəniyyət və etniyə sahib olan Quba bölgəsində yerləşir. Xınalıq Qazqaz dağının təpəsində yerləşir. Dağın ətəklərində yəhudilər, tatlar, ləzgilər yaşayır.
Burada Xınalıq adlı ayrı bir dildə danışırlar. Təkcə kənd əhalisi danışdığı dil olduğu üçün, Unesco bu dili yox olmaq üzrə olan dillər kateqoriyasına salmışdır.
Fəqət, bu dilin yaşamaq şansı yüksəkdir. Xınalıqda məktəbə gedən 300 şagirdə ayrıca Xınalıq dili dərsləri də keçirilir.
Xınalıqda toylar xüsusi mərasimlərlə keçirilir. Gəlinin ailəsi qurban kəsir və hər kəsə çay paylayır. Çay bu mədəniyyətdə önəmli yerə malikdir.
Kənd yüksəkdə yerləşdiyinə görə bir çox bitkiləri burda yetişdirmək mümkün deyil.
2006-cı ildə Quba ilə Xınalıq arasında açılan yol xarici dünya ilə Xınalıq arasında əlaqə yaratdı.