Qırmızı dodaq boyası
Qırmızı dodaq boyası bayram şampanyası sayılır. Zərif və mükəmməl qırmızı dodaq boyası şənlik maykiyajının əvəz edilməz elementidir. Bu element sizin dişlərinizin inci kimi bəyazlığını önə çıxaracaq və bu gözəllik bayram ruhunu çöhrənizə gətirəcək. Sizə məsləhətim odur ki, dodaqlarınızı tamamilə boyamamışdan öncə dodaq karandaşından istifadə edin. Bu sizə dodaqdakı boyanın rəngini qorumaqda kömək edəcək.
Dırnaqlarınızı yeni il ağacı rənginə boyayın.
Yaşıl dırnaq boyası sizə qorxuducu gələ bilər, lakin bu yeganə rəngdir ki, qış zamanı dərinizdə yay şəfəqi effektini yarada bilər. Yaşıl dırnaq boyası sənə yeni il ağacını necə dizayn etməyi xatırladacaq, bu rəngin daha tünd tonu isə soyuq qışa uyğun gələcək.
Ətirli Şampun
Həmçinin yeni il üçün şampunuzu dəyişərək, yeni, gözəl ətirli şampunlardan istifadə edə bilərsiniz. Bu şampunu seçərkən onun qoxusuna xüsusilə diqqət yetirin. Qoxusu sizdə yeni əhval ruhiyyə yarada bilsin.
Yeni saç düzümünü yoxla.
Bayram əhvalını vərdiş etdiyiniz saç düzümü ilə hiss etmə ehtimalınız azdır. Müxtəlif stilləri yoxlayaraq, saçınızı fərah saxlayın və yeni il şənliyinə hazır olun. Belə ki, siz sadə saç hörüklərindən yaxud xüsusi saç sancaqlarından istifadə edərək gözəl görünə və özünüzü gözəl hiss edə bilərsiniz.
Mənbə: http://www.sheknows.com/beauty-and-style/articles/1129620/beauty-routines-holidays