Vəsiqəlik şəklinizi niyə sevmirsiniz? Yaxud "selfie" lər, niyə bizə daha gözəl gəlir?
Sevdiyiniz birini gözləmədiyiniz bir anda qarşınızda görmək, yaxud yorucu bir iş gününündən sonra müdirinizin sizə bir neçə günlüyə icazə verməsi kimi hallar, siz fərqində olmasanız da üzünüzdə təbii bir gülümsəmə meydana gətirir. Ancaq biri sizin fotoşəklinizi çəkərkən gülümsəmənizi istədikdə, bunu təbii gülümsəmə şəklində etməyiniz çox çətindir.
Təbii bir gülümsəmə beyninizdəki duyğu (limbik sistem) və hərəkət koordinasiya (bazal ganglion) mərkəzlərindən idarə edilir və xüsusilə baş və boyun hissəsindəki bütün əzələlərə təsir edəcək kompleks bir sıralama reaksiyanı hərəkətə keçirir. Ancaq təbii gülümsəmənizi təqlid etməyə çalışdığınızda (və ya süni yolla təkrarladığınızda) bu bölgələrin əvəzinə motor hərəkətlərin idarəsini təmin edən başqa bir bölgə (beynin motor korteks sahələri) aktivləşir. Məhz bu fərqlilik səbəbiylə də təbii gülümsəmənizi təqlid edə bilməzsiniz.
Gülümsəməyə çalışdığımız vəsiqəlik fotomuzu həmçinin də buna görə sevmirik. Selfilərdə isə, onları çəkərkən və ya poza verərkən ümumi vəziyyətimiz çox gülməli olur deyə, əksəriyyətlə istəksiz olaraq, bu vəziyyətimizə "həqiqətən" gülürük. Nəticədə; təbii gülümsəməyimizi əks etdirən, olduqca səmimi bir fotoşəkil ərsəyə gəlir.
Mövzuyla əlaqədar ətraflı məlumat üçün: Beyindəki Kabuslar (V. Ş Ramachandran, S. Blakeslee)
Coşqu