Qadin.NET / Baş ağrısı (yanaşma)

Baş ağrısı (yanaşma)

Baş ağrısı (yanaşma)

Hər kəsdən qaçmaq istəyrsən, amma qorxursan qaçmaqdan.Tək qalanda nələr edə biləcəyinə şübhəlisən. Bütün günü beynini deşən məhv olmaq kimi istəklər səni qorxudur.. İnsanlara doğru qaçmaqda görürsən xilası,amma olan nədi? Yaxınlaşdığın hər kəs uçuruma bir ip endirir sənin üçün.. Hər kəs danışır özündən, ona lazım olan ehtiyacdan..bəzən sual .. "bəs sən?" halbuki gələn cavabda necə də formal xarekter daşıdıgını görürsən o sualın. Hər kəsdən uzaqlaşıb özünə qapanırsan , dostum.. Olan nədi? günlərlə susmaq? yaxud beyin dağılana kimi beynindəki obrazların durmadan danışması? Hər gün daha çox uzaqlaşırsan insan cəmiyyətindən obraz cəmiyyətinə doğru .. Gördüklərimiz işıq şüasının əks olması imiş, əks olunmayan nələr var deyə düşünürsən günlərlə. Beyindən yaradılan uydurmalar, əks olunmayanları əks etmə cəhdləri.. Psixoloji xəstəliklərə doğru yol alırsan .Bəzən əsəbdən heyvana dönürsən.. Sinir ucların bir elektirik cərəyanı kimi anında bütün bədənini bürüyür.. İnçitmək istəmədiklərin incinir, ardından uzun bir peşmançılıq hakim kəsilir ruhuna. Artıq gecdi , qırılan qırıldı. Dağılan dağıldı .. heç bir köməyin dəyə bilməz. Üzr istəmək kimi bir nəticə səni özündən daha da çıxarır.

Baş ağrısı (yanaşma)

Güzgüdəki özünü dəli kimi sevsən də, bəzi anlar çox nifrət edirsən.. Özün kimi iyrənc bir varlıq olmadığılnı düşünürsən yer üzündə, bəlkə də kainatda. Amma sonra baxırsan, deyirsən yox ,mən bu insan cildindəki varlıqlardan aşağı ola bilmərəm. Bilmirsən, eqonun böyüklüyüdür, yaxud dərk etmədir. Təzad labirintinə qədəm qoyursan. Bir fikir yürüdür beynin, digər fikir yürütdüyünü təkzib üçün ortalığa atılır. Sonra bir fikir daha digər ikisini təkzib edən .. durmadan bir birini təkzib edən fikirlər çoxalır, fikir burulğanına düşürsən. sovrulmaq qaçılmaz hala gəlir.. sovurulub itirsən.. Ömrün bu cür beynindəkiləri dindirməklə keçir. Dizlərini qollarının arasına alırsan, sıxırsan özünə.. buz kimi döşəməyə sərilmiş halda qaranlıqla sevişirsən. Pəncərədən otağa dolan ay işığında rəqs edən tozcuqlara baxırsan.. Gözlərin baxdığını görmür.. Bütün bu düşüncələrdən başına bir ağrı girir.. başını dizlərinlə sinənin arasına almağa çalışırsan.. Bütün bunlar Abel Korzeniovskinin musiqisinin sədası altında baş verir .. Sən yox olursan.. Bircə başının ağrıdan partladığını, sonradan keyləşdiyini ..təslim olduğunu görürsən.. və gözlərin qapanır..

Ustaclı

24 sentyabr 2016
GO BACK