Qadin.NET / Əsir...

Əsir...

Əsir...

Bir kədərin əsiriyəm mən....

Ayaqlarımda arzulara aparan yolların qırılmayan ağrı buxovu, ürəyimdə uydurduğum dunyaların açılmayan paslı qapılarının qızıl açarı ilə, sonsuz,  bitməyəcək bir kədərin əsiriyəm mən...

Bir həsrətin əsiriyəm mən.... Gözlərimdə qüssə, umid, sevgi dolu baxışların silinməyən əbədi əksi ilə, sonsuz olan bir  həsrətin əsiriyəm mən....

Əsir...

Bir sevginin əsiriyəm mən... Atəşləri buzdan olan, əzabları oddan olan, ümidləri heçdən olan, payızında bahar ətri, məktubunda solğun sətri, göz yaşımda imzaları silinmiş bir yazının, bir kəlmənin əsiriyəm mən....

Bir yağısın əsiriyəm mən... Sularında çiçək açmaz, saçlarımdan ağlar yumaz, göz yaşıma qarışmayan, ürəyimdəki kədəri yumayacaq bir yağışın əsiriyəm mən....

Mən...mən...mən.... İllər öncə itirdiyim bir nəşənin, bir sevincin, bir ümidin, bir sevginin, bir xəbərin, bir arzunun əsiriyəm mən.....

4 sentyabr 2016
GO BACK