Belə bir deyim var ki, "Fala inanma, ancaq faldan da qalma". Bir çoxlarımız astroloqların bizlərə verdiyi gündəlik məlumatlardan yararlanmağa çalışırıq. Bəlkə də qəlbimizin dərinliklrində heç inanmırıq. Ancaq sanki bu məlumatları oxuduğumuz zaman işlərimizi ona görə uyğunlaşdırmağa çalışırıq. Gəlin görək may ayı üçün ulduzlar bizə nə deyir. Yaz fəslinin bu ayı bizi nələr gözləyir?
Yaz ayı artıq təbiət oyanır, bu səbəbdən hər yerdə canlama baş verir. Ağaclar çiçəkləyir, günəş artıq daha da isti olur. Soyuq və qaranlıq qışdan çıxan biz insanlar günəşin isinməsi ilə həyata daha da həvəsli oluruq. Səhərlər daha gümrah və gözəl oyanırıq. İçimizdəki enerji bizə yeni-yeni işlər üçün həvəsləndirir. May ayı bizim üçün çox gözəl vədlər verir. Bu ay biz bütün işlərimizdə uğurlar əldə edəcəyik. İçimizdəki eneji bizə daha məsuliyyətli olmağa yardım edəcək. lakin bu enerjiyə mane olan bir ünsür də var ki, o da yaz yuxusudur. Bax bu yorğunluq və yuxu sizi bir az işlərimizdə ləngidə bilər. Bu ay həm şəxsi, həm də yaradıcılıq işlərində böyük uğurlar qazana bilərsiniz. Çalışın, heç kimə qarşı paxıllıq etməyəsiniz. Bu hisslər sizi hər zaman uğursuzluğa uğradacaq. Evinizdə təmir işləri aparmaq üçün ən gözəl zamandır. İnanın ki, içinizdə olan bu enerji sizə bu işlərdə çox yardımçı olacaq. Yeni ideyalar, rahatçılığınız üçün almaq istədiyiniz mebel dəstləri seçimi üçün çox gözəl aydır. Bu ayda sizləri müvəffəqiyyətlər gözləyir. Lakin buna yalnız öz bacarığımızla nail ola bilərik. Necə deyərlər may ayı bilik və bacarıqlarımızın özünü göstərmək üçün ən uyğun zamanıdır. Hər kəs bunu düzgün istifadə edə bilsə uğur qaznacaq.
Uğurlu günlər: 1-dən 5-nə, 7-dən 12-nə, 14-dən 21-nə, 23-dən 28-30-31
Uğursuz günlər: 6-13-22-29
Qoç burcü: Qoç bürcündə anadan olan insan bu ay öz maddi ddurumunu düzəldə biləcək. Təsadüfən edilən bir söhbət əsnasında yeni iş imkanları yaranacaq. Və nədənsə çoxdandır bir qıırağa qoyduqları işlərdən yararlana biləcəklər. Lakin çox böyük məsuliyyət almaq olmaz. May ayının əvvələrində hansısa mülkiyyət işləriniz olacaq. Hər hansı qərarı verməzdən əvvəl çox düşünməniz məsləhət olunur. Bu ay siz uzun sürəcək yararlı işlərə imza atacaqsınız.
Uğursuz günlər: 3-4-5-31 may
Ehtiyatlı olmağınız məsləhət olunan günlər: 6, 13, 14, 20, 21, 28.
Buğa bürcü: Buğaların həyatında çox ciddi hadisələr baş verəcək. Bu hər hansı kommersiya işi və ya iş yerini dəyişmə ola bilər. Yaxın dostlarınızın və tanışlarınızın köməyi sizin üçün gözlənilməz olduğu qədər də yararlı olacaq. Ayın ortalarında maddi durumunuz yüksələcək. Yeni iş sazişləri və uğurlar əldə edəcəksiniz. Ayın sonunda yeni dostlar əldə edəcəksiniz.
Uğursuz günlər:2-5-7-16-30
Ehtiyatlı olmağınız məsləhət olunan günlər: 3- 10- 17- 31.
Əkizlər bürcü: Ayın əvvələrində sizi bəzi narahatsızlıqlar gözləyir. Lakin bu narahatlıq sizin həyata baxışınızı dəyişəcək. İrəlidə daha əmin addımlar atmağa yardımçı olacaq. Sizdə yeni hobbilər, yeni yaradıcılıq fikirləri yaranacaq. Ayın əvvəlində insanlarla ümumi dil tapmalı olacaqsınız. Bu sizə maddi vəziyyətinizi düzəltməyə vacib amillərdən biri olacaq. Ayın ortalarında ailənizə diqqət göstərməli olacasınız, əks haldda sizdən inciyənlər olacaq. Ayın sonunda isə "yox" deyə bilməyəcəyiniz iş təklifi ala bilərsiniz.
Uğursuz günlər: 7-8-9-18
Ehtiyatlı olmağınız məsləhət olunan günlər: 19-26
Xərçəng bürcü: Xərçəngləri bu ay çox zəhmətkeş və işgüzar günlər gözləyir. Əgər karyeranızda yüksəlmək istəyirsinizsə, fürsətdən istifadə edib daha çox işləməlisiniz. Bu halda bu ay siz gözləmədiniz uğurlar əldə edəcəksiniz. Bundan əlavə sizi ciddi dəyişikliklər gözləyir. Ola bilər ki, yeni ev alacaqsınız və ya mebellərinizi dəyişəcəksiniz. Bu ay enerjiniz çox yüksək olacaq və siz bundan istifadə etməlisiniz. Ayın əvəlində sizə gələn bir zəng sizin üçün yeni-yeni qapılar açacaq. Ayın ortasında sizi maraqlı alış-verişlər gözləyir. Ayın sonunda isə bütün ayın yorğunluğunu atacaq bir istirahət edəcəksiniz.
Uğursuz günlər: 2, 5, 9, 11, 12, 16, 26, 30.
Ehtiyatlı olmağınız məsləhət olunan günlər:3, 7, 17, 21, 31.