Qadin.NET / Kaş ki, heyvan olardım...(satirik, yumoristik)

Kaş ki, heyvan olardım...(satirik, yumoristik)

 

Kaş ki, heyvan olardım...(satirik, yumoristik)

 

Bəzən məyus oluram, insan olduğuma, insan kimi yaradıldığıma görə, adi və vəhşi təbiətdə heyvan olsaydım, daha yaxşı olardı… Çünki insanları yaxından tanıdıqca və insan olaraq əsl insanlığımızı itirdiyimizi anladıqca, heyvanları daha çox sevirəm, insan deyil, heyvan olmaq istəyirəm, kaş ki, təkamül prosesindən keçməyəydik, ali Homo Sapiens olmazdıq, aliləşdikcə, təbii xislət və köklərimizdən, təbiətdən uzaqlaşırıq…

İnsanları söyəndə onları heyvan hesab edərək, heyvan bilib, it və s. kimi söyüşdə istifadə etməyək, bu heyvanlar üçün təhqirdir, insanlar üçün isə layiq olmadıqları tərif…

Heyvan olaydım kaş, insanlardan uzaq və insan ayağı dəyməyən bir yerdə yaşayardım kaş…

İt olaydım kaş, onun kimi sadiq, cəsur, qorxmaz, qorumağı bacaran və güclü bir ovçarka olmaq pis deyil məncə…

 

Kaş ki, heyvan olardım...(satirik, yumoristik)

 

 

Eşşək söyüşdür bizdə, amma nə qədər ağır yük daşıyır, tərsdir, inaddır, bir dəfə etdiyi səhvi etməz bir daha… Nəticə çıxardar, anqırmaqla etirazını bildirər insanlara, sahibi olan kəslərə…

Dananı, inəyi, camışı bəyənməyən insanlar, onlar qədər xeyriniz dəyirmi, həm ətini yeyirsiniz, həm süd verir, südündən nə qədər məhsul verir ki, siz sağlam qida qəbul edəsiniz…

Quşbeyin, toyuq deyirsiniz bəzi insanlara, halbuki toyuğun ətini yeyirsiniz, yumurtasında nə qədər vitamin və minerallar var…

Tülkü olmaq pisdir məgər, ağıllısan, öncədən plan qurursan, işini ehtiyatlı tutursan…

Qartal, şahin kimi quşlar da ki, quşların şahıdır, güclü, əzmlidir, daim zirvələrdədir, azaddırlar, hamı qorxar onlardan…

Atı bəyənmirsiniz, at sifət deyirsiniz, halbuki at bir çox insanlardan qəlbinə, təbiətinə, xarakterinə və zahiri görkəminə görə gözəldir… At kimi çağırsınız atı, istənilən yerə sizi aparır, inadkarlıq, gözəllik rəmzidir Qarabağ atlarımız…

Günel Fərhadqızı

9 yanvar 2016
GO BACK