Qadin.NET / Gülüş saatı

Gülüş saatı

 

Gülüş saatı

 

Bir gün Molla Nəsrəddinin eşşəyi itir. Mollanın yanında da bir oğlan bir qız söhbət edirlər.

O:Mən sənin gözlərinə baxanda hər şeyi görürəm sevgilim.

Molla bunu eşidib oğlana deyir:

-Ay oğul, o qızın gözlərinə bax gör eşşəyim hardadır?

***

Klaviaturanın bütün düymələri ilə normal davranan insan övladı. Mənə çatanda niyə vəhşiləşirsən?

İmza: Enter

 

Gülüş saatı

 

 

 

***

Müəllim: Qalın saitləri say

Mən: a, ı, u, e, ə

Müəllim: Bes o?

Mən: O məni atıb getdi..

***

Musiqi məktəbində müəllim sagirddən soruşur:
-DO dan sonra nə gəlir?

Sagird: Əgər söhbət sizdən gedirsə, DO dan sonra NUZ gəlir.

 

Gülüş saatı

 

 

***

Q-məni sevirsən?

O- Hə.

Q-Nə qədər?
O-Çoox

Q-Mən ölsəm nə olar?

O- Üçün, yeddin, qırxın

***

Azəri qızları yağış yağanda əlinə kofe alıb kitab oxumaz. 3 km sürətlə eyvana qaçıb paltarları yığar.

 

***

Deyirlər Dünyanı gözəllik xilas edəcək. Hər şeyi də mənim üstümə atmayın  da...

26 noyabr 2015
GO BACK