Qadin.NET / Lətifələr

Lətifələr

Lətifələr

1.Çukça özünə kamaz alır...
Bir müddətdən sonra ondan soruşurlar:
- Maşının necədi?
- Hər şeyi yaxşıdır, içi istidir, faraları elə işıq saçır ki, bütün tundra səhər kimi görünür...amma bir şey var...
-Nə?
-İtlər tez yorulurlar.

 2. Cim və Mari dəlixanadakı dəlilərdəndir. Bir gün dəlixanada hovuzun ətrafında gəzərkən Cim hoppanıb hovuzun dibinə batır. Mari bunu görən kimi tullanıb Cimi xilas edir. Marinin bu qəhrəmanlığı bütün dəlixanaya yayılır. Dəlixana müdiri Marinin ağıllandığını bilir və onu yanına çağırtdırıb azad etmək üçün əmr verməyə hazırlaşır. Mari baş həkimin otağına daxil olur. Baş həkim:
- Mari, sənə bir yaxşı və bir pis xəbərim var.Yaxşı xəbərim odur ki, səni azadlığa buraxacayıq. Pis xəbərim ondan ibarətdir ki, sən Cimi qurtardıqdan sonra o özünü hamamda asıb.
- O özünü asmayıb. Sudan çıxarıb mən asmışam ki, qurusun.

3. Özünü siçan hesab edən bir dəli bir neçə ildən sonra ağıllanır və dəlixanadan çıxmaq vaxtı gəlir. Baş həkim onu çağırıb yoxlayır:
- De görüm, sən insansan yoxsa siçan?
- Həkim, o günlər keçdi. Artıq ağıllanmışam.
Həkim sənədlərini yazır, bunu buraxır. Bir azdan həkimlərdən biri gəlir:
- Həmin adam yenə siçan kimi kolların dalında gizlənib.
Həkim çağırtdırır onu. Sorğu-sualdan sonra xəstə deyir:
 - Həkim mən ağıllanmağına ağıllanmışam, amma çöldəki pişik hardan bilsin ki,mən ağıllanmışam.

 4. Dəlixanada iki nəfəri azad etməyə hazırlaşırlar. Həkimlər çağıraq axırıncı yoxlamadan keçirək görək ağıllanıblarmı deyirlər. Hər ikisini masa arxasına çağırırlar.
Masanın üzərinə iki qab qoyurlar. Birinin içinə zeytun, o birinin içinə hamamböcəyi yığırlar. Sonra deyirlər bunları yeyin. Dəlilərdən biri tez zeytunları yeməyə başlayır. O birisi isə tez hamamböcəklərini yeməyə başlayır və deyir:
- Əvvəl bunları yeyək. O birilər qaçmır.

5. İki dəli xəstəxanadan qaçmağa qərar verirlər. Gecə planlarını yerinə yetirib qaçırlar. Sabahsı gün təzədən qayıdırlar. Digər dəlilər bunlardan soruşurlar:
- Niyə qayıtdınız?
- Bu gün planı yoxladıq. Sabah qaçacağıq.

20 aprel 2011
GO BACK