Qadin.NET / Bayram da gülmək gərək

Bayram da gülmək gərək

Qızımın uşağıdı

Ortayaşlı qadınla rastlaşan tanışı ondan soruşur:

-Yanındakı uşaq nəvəndimi?

Yaşlanmaqdan qorxan,utanan qadın cavab verir:

-Yox,qızımın uşağıdı.

 

Apar sat

Təzə evlənən cavan oğlan dostuna gileylənir:

-Anam məni lap tənğə gətirib.Bütün gün arvadımla dalaşır.Bilmirəm nə  edim.Mənə yol göstər.

Dostu cavab verir:

-Apar bazarda sat,ayrı ana al.


Adamlardan

Azyaşlı qızdan soruşurlar:

-Bala,kimin uşağısan?

-Fərmanla Sevilin.

-Atan-anan kimlərdəndi?

-Adamlardan.


Mənimki heç işləmir

İki təzə gəlin söhbətləşirlər.Birinci deyir:

-Bacı,mənim ərim gecə-gündüz işləyir,çox vaxt gecə də evə gəlmir ki,məni yaxşı saxlasın.

İkinci cavab verir:

-Mənimki də,ümumiyyətlə,işləmir.Bir dəqiqə məndən ayrı yaşaya bilmir.

-Bəs nə ilə dolanırsınız?

-Sevgiylə.


Öz arvadın bil

Birinin evinə qonaq gəlir.Evin xanımı azqananıymış,əri işə gedəndən sonra qapını açıb qonaq kişiyə deyir:

-Qardaş,darıxıb eləmə,məni də öz arvadın bil,nə lazımsa,qulluğunda hazıram.

Qonaq yerindən qalxıb arxasına baxmadan qaçır...


İt qədər

Ata balaca oğlundan soruşur:

-Oğlum,məni nə qədər istəyirsən?

Uşaq cavab verir:

-İt qədər.

Ata pərt olur:

-Nə üçün?Adam belə deməz,belə demək pisdi.

-Sən anamı gündə neçə kərə bu sözlə əzizləyirsən.Pis olsa,deməzsən ki...


Ərini çağırsana

Doğum evində gecə növbəsində olan xadimə işləyən Güləbətin xalanın bərk yuxusu gəlir.Sancı çəkən qadınların səsindən bir an yuxulaya bilmir.Acıq-lanır, fasiləsiz ana deyib qışqıran təzə gələn xəstəyə deyir:

-Ağəz,nə ana,ana deyib şivən qoparırsan?Ərini çağırsana!Günahkar odu.


Özünə də söyür

Qonşuları Səliməyə deyirlər:

-Vallah,sən çox dözümlüsən.Ərinin bu qədər söyüşlərinə cavab qaytarmırsan.

-Mənim cavab qaytarmağıma ehtiyac yoxdu,özü qaytarır.


Dadına baxıram

Kəndin mollası tut arağı çəkib satırmış.Dostu, günah elədiyini deyəndə belə cavab verir:

-Birincisi,halal zəhmətimlə pul qazanıram,ikincisi də,araq ha içmirəm,eləcə dadına baxıram,müştərilərə pis mal sata bilmərəm.


Halallaşaq

İçki içməməyə tövbə edən sərxoş araq butılkasını qabağına qoyub deyir:

-Dostum,gəl halallaşaq,ola bilsin,bir də görüşməyək.


Evlənsənə

Ərlə arvad ayrılırlar,amma ər hər gün arvadıyla qalan kiçik uşağına baş çəkir.Bir gün uşaq deyir:

-Atacan,sən gündə bizə gəlib-gedərək əziyyət çəkirsən.Anamla evlən,bu əziyyəti çəkmə.


Elçi gəlmir

Nazirin qızına vurulan cavan oğlan sirrini dostuyla paylaşır.Dostu evlənməyi məsləhət görəndə cavab verir:

-Evlənmək yaxşıdı,amma qız mənə elçi gəlmir axı...


Sübut

Yüksək rütbəli məmurun arvadıyla məşhur şairin arvadı bir toy məclisində yanaşı otururlar.Məmurun arvadı aralarındakı söhbətə körpü salır:

-Mənim ərim hər ay mənə qiymətli nəsə alır.Məni çox sevir,sevdiyini sübuta yetirir.

Şairin arvadı söz altında qalmır:

-Mənimki də hər ay sevgi şerləri kitabını satır,vəzifəli,imkanlı kişilər çox alırlar:sevgililərinə oxumaq üçün.


Adı ki mənimdi

Sultana deyirlər:

-Sən necə kişisən,arvadının xəyanətinə dözürsən?

Cavab verir:

-Dözməyim neynəyim,indi heç olmasa,adı mənimdi,boşasam,o da olmayacaq.


Niyə iki aldın

Anası ikinci sinifdə oxuyan oğlunu danlayır:

-Niyə iki almısan?İki pis qiymətdi.

Oğlu deyir:

-Ana,neynim,məndə günah yoxdu,məndən əvvəlki sırada əyləşən Samir yenə məndən əvvələ keçdi:dərsi danışdı,müəllimə beşi ona verdi.


Hərisini aldım

İstədiyi qıza elçi göndərən oğlandan dostları soruşurlar:

-Qızı ala bildinmi?

Cavab verir:

-Özünü yox,hərisini ala bildim.


Məşq

Qızı döyən anadan soruşurlar:

-Bu nədi,qızın niyə səni döyür?

Cavab verir:

-Özüm icazə vermişəm.Üzərimdə məşq edir,gələcək qayınanasını döyməyə hazırlaşır.


Hayıf alır

Oğlu döyən kişi köməyinə gələnləri rədd edir.Səbəbini belə izah edir:

-Dəyməyin,qoyun döysün,atamın hayıfını alır.Mən də onun yaşında ikən atamı belə döyürdüm.


Səni evləndirək

Ata:

-Oğlum,ananla qərara gəlmişik,daha evləndirək səni.

-Ata,neçə otaqlı ev alacaqsınız?-deyə oğlu cavab verir.

Ağılca kişikdi

Anası deyir:

-Oğlum,sən özündən neçə yaş böyük olan qadınla niyə evlənirsən?

-Ananarahat olma,,ağılca məndən kiçikdi-oglu cavab verir.


Adını yaşadaram

Gənc ər arvadından soruşur:

-Dünyanın işidi,cavan ölsəm,nə edərsən?

Arvadı cavab verir:

-Ərə gedərəm,dünyaya gələn oğluma sənin adını qoyub səni yaşadaram.


Əlləri köhnəlib

Gənc masajçı qadına kürəyini masaj elətdirən atasına oğlu sual verir:

-Ata,niyə masajı anama elətmirsən?O ki bunu bacarır?

Bilmir nə desin,axırda söz tapır:

-Oglum,ananın əlləri köhnəlib,ona görə.


Bacı olacağıq

İki günü ölən ərləri üçün durmadan ağlayırlar.Böyüyü ağlaya-ağlaya bu sözləri deyir:

-Rahat get,ay kişi,biz arvadların indiyə kimi düşmən idik,indən belə bacı olacağıq.


İki uşağı da var

Atası evində yaşayan əri ölmüş gəlinə uzaq yerdən elçi gəlir.Qoca nənəsi nəvəsini elçilərə tərifləyib axırda deyir:

-Nəvəmin hələ iki uşağı da var.

Elçilər durub gedirlər.


Bir az

Təzə gəlindən qonşusu soruşur:

-Qayınananla necə yola gedirsiniz,xasiyyətini bəyənirsənmi?

Bilmir necə anlatsın,deyir:

Yaxşı adamdı,amma bir az pis adamdı. 

19 mart 2011
GO BACK