Bir gün iki rəfiqə geyim mağazalarını gəzirlər.Mağazalardan birinə girən rəfiqələr satıcıdan kömək istəyirlər.
--- Sizin bədən ölçünüz neçədir?
--- Boyum 170,çəkim 60,fiquram 60-90-60,sinəmin ölçüsü 3,saçlarım...
İkinci rəfiqə:
--- Səbinə özünə gəl, ICQ-də deyilsən!
***
Evin kişisi hamam otağında üzünü təraş edir və deyinir:
--- Yeni ülgüc aldım,amm heş bir işə yaramır
Arvadının səsi digər otaqdan gəlir:
--- Qəribədir,linoleyumu yaxşı kəsirdi
***
Estetik cərrahına gələn qadın:
---Olar ki,mən də üzümü Aygün Kazımova kimi əməliyyat etdirim?
--- Əlbəttə! Buyurun kataloqu, il seçin...
***
--- Sənin xanımın yenə əvvəlki kimi qəşəngdir?-deyə birisi dostundan soruşur
--- Hə,amma belə olmaq üçün O, indi 2 saat daha çox zaman xərcləyir
***
Kişi təcili yardım çağırır
Təcili yardımla gələnlər:
--- Nə baş verib?
--- Qaynanam göbələkdən zəhərlənib
--- Bəs niyə hər tərəfi göyərib?
--- Çünki yemək istəmirdi