Qadin.NET / Qadın.Netlilərlə bir az gülək-3

Qadın.Netlilərlə bir az gülək-3

 

Qadın.Netlilərlə bir az gülək-3

Sonra da deyirlər qadın zəif məxluqdurlol

Bir gün Aysun Məmmədova sevinə-sevinə evə gedir.
Qonşusu soruşur : Nə olub, yaman sevinirsən ?
Aysun: Bu gün qaynanamın ad günüdür.
Qonşu : Nə almısan ?
Aysun : Sırğa.
Qonşu : Bəs bu tüfəngi neyləyirsən ?
Aysun : Qulağını deşəcəm...  am

 

-Ay Qəribə, pişiyi yumazlar günahdır.
Qəribə: Heç nə olmaz, qoy təmiz olsun.
Sabahı gün:
- Ay Qəribə, pişik noldu?
Qəribə: Öldü.
- Gördün, day yuyanda öləcək dəə. 
Qəribə: Yuyanda ölmədi, sıxanda öldü. biggrin  

 

Qadın.Netlilərlə bir az gülək-3

9 ay yatıb çıxmışam, məni əsəbləşdirməlol

 

Bir qız Nonstopdan soruşur:
- Eşqim, indiyə kimi neçə sevgilin olub?
Nonstop cavabında deyir:
- Saymıram, sayanda bərəkəti qaçır.  hi

 

Bir gün Bad Boy arvadını vəhşicəsinə öldürür. Məhkəmədə hakim soruşur:
- Niyə öldürmüsən?
Bad Boy: Arvadım dünən mənə dedi ki, Hacı Şakirlə çimmişəm!  crazy

 

Bir gün Əzrayıl Narının yuxusuna girir və deyir ki, sənin hələ 50 il ömrün var. Artıq qocalıb 60 yaşında olan Narın cavanlaşmaq istəyir və plastik əməliyyat üçün xəstəxanaya gedir. 10 gündən sonra xəstəxanadan çıxıb evə gələndə Narını yolda maşın vurub öldürür. Narın gedir o biri dünyaya. Orda həmin Əzrayılı görür və soruşur ki, bəs mənə demişdin 50 ildə yaşayacaqsan nə oldu? Əzrayıl Narına baxır shok və deyir: 
- Boy az səniydin o, sən öl tanımadım.

Qadın.Netlilərlə bir az gülək-3

 

Bir gün S.S.90...S A M I R... Dəniz84-ə zəng vurub deyir:
Samir: Xanım sizə soyuducu lazımdır?
Dəniz: Xeyr, lazım deyil!
Samir: Onda çıxardın qoyun qapının ağzına indi gəlib götürəcəm. lol 

 

Bir gün Asi "S.Nur"-a zəng vurur:
Asi: Hardasan? 
S.Nur: Yoldayam indi çatıram.
Asi: Başın batmasın sən ev telefonunu üstündə gəzdirirsən? :bigrin:

 

 

 

Nəzrinin evinə pişik dadanır. Bir gün Nəzrin pişiyi aparır meşəyə ki, azdırsın. Gəlir evə görür ki, pişik ondan qabaq gəlib. Nəzrin təzədən başqa yerə aparır, yenə eyni şey olur. Axırda Nəzrin pişiyi çox uzaq yolla qarma-qarışıq bir yerə aparıb tullayır. Qayıdanda yolları özü də səhv salır. Zəng vurub evə deyir :
- Pişik gəlib evə?
Evdəki: Hə, gəlib.
Nəzrin: O heyvanın balasına denən ki, gəlsin məni aparsın.lol

 

Bir gün Aida M-ova piano alır, məhləyə çatanda qonşularına deyir ki, bunu 10-cu mərtəbəyə qaldırmağa mənə kömək edərsiz? Mən də hər mərtəbədə 1 lətifə danışacam sizə.

Qonşular razılaşırlar. 9-cu mərtəbəyə çatanda Aida M-ova deyir: İndi sizə eləsin danışacam ki, öləcəksiniz gülməkdən, deyirlər danış.
Aida M-ova: Bloku səf salmışam bura bizim ev deyil.

 

Kişi bu gün evə hələ gəlməyib lol

 

nigarka gözündə yumruq izi evə gəlir. Anası onu görub həyəcanlanır.
Ana: Bu nədi? Sənə nə olub?
nigarka: Yadında hər gecə saat 2-də mən sinif yoldaşlarımdan birinin evinə zəng vurub soruşurdum: "Tapın görüm mən kiməm?"
Ana: Hə, nə olsun ki?
nigarka: Heç nə, bu gün biri tapdı. lol

 

Sərt_Əsinti başını yuyur və birdən qışqırır:
Sərt_Əsinti: Anaaa?
Ana: Niyə qışqırırsan?
Sərt_Əsinti: Normal şampun gətir
Ana: Ordakı, normaldı da. 
Sərt_Əsinti: Burda yazılıb ki, quru saçlar üçün mən isə artıq saçlarımı islatmışam. dash

 

 

 

Polis qırmızı işıqda keçən Sonay Quluzadəyə qışqırır:
-Ay xanım, hara gedirsiniz?
Sonay Quluzadə:
-Anamgilə gedirəm. Ərimə demişəm, sənə də hesabat verməliyəm?

5 noyabr 2014
GO BACK