Qadin.NET / Tap və Qazan!

Tap və Qazan!

Əziz Qadın.Netlilər, son zamanlar çox gərgin günlər yaşayırıq. Hər birimiz bu gərginliyi hələ də üzərimizdə daşıyırıq. Ona görə də Agat ilə belə qərara gəldik ki, az da olsa, bu gərginliyi üzərimizdən götürmək üçün bir müsabiqə xəbəri hazırlayaq. Belə ki, sizə 10 ədəd məntiqi sual təqdim edirik. Bu suallardan cəmi beşi hədiyyəli sualdır. Hədiyyə isə hazır xəbərdir. Bir çox istifadəçilərimiz zaman baxımından xəbər yerləşdirmək istəsələr də, yerləşdirə bilmirlər. Ona görə də sizə hədiyyə olaraq hazır redaktə edilmiş xəbərlər verəcəyik.
Uduşda olan sualı tapan istifadəçiyə bir həftə ərzində həmin xəbər çatdırılacaqdır. Onu da qeyd edim ki, yalnız bir sual var ki, onda bir ipucu almaq haqqınız var. Həmin sualda da hədiyyə silsilə xəbərdir. Ona görə də diqqətli olun və xəbərləri əldə edin. Bundan əlavə, şərhlərdə aktiv olan istifadəçimizə də xəbər hədiyyə ediləcəkdir. Elə isə buyurun, suallarımız ilə tanış olun. 
1. XVIII əsrdə bəstəkar Q.Andre “Çirkin və Gözəl” nağılının motivləri əsasında opera bəstələyir. Operada Çirkin obrazının qəhrəmanı necə adlanırdı?
2. Rusiyada heç kim 1714-cü ildən 1741-ci ilə qədər Birinci Pyotrun verdiyi sərəncama əsasən daşdan ev tikə bilməzdi. Bu qanun yalnız Peterburq şəhərinə aid edilmirdi. Pyotr niyə belə bir qərar qəbul etmişdi?
3. İngilis arxeoloqunun arvadında o qərbdir, nikbin italyan və dostlarının uşaqlarında göydür, bəs Harri Potter haqqında olan kitablarda o nədir? 
4. Almanlar deyir ki, Bavariyada hakimiyyəti devirmək üçün şəhər sakinlərini sadəcə iki-üç gün onsuz buraxmaq lazımdır. Almanlar nəyi nəzərdə tuturlar?
5. O, İngiltərə kraliçasının yaxın qohumu idi.  Məhz bu qohumluq sayəsində Amerikanın ən məşhur şəhərinə qubernator təyin edildi. Qadın gözəlliyinə olan vurğunluğunu tez-tez dilə gətirər və qadın geyimləri geyinməkdən çəkinməzdi. Qubernatorluğunun ilk günü əyninə mavi ziyafət donu geyinmiş həmin şəxs kimdir?
6. Yapon dilindən tərcüməsi "Allahın küləyi" deməkdir və onlar təbii olaraq da, yapon təyyarəçiləri sırasından çıxırdılar. Söhbət kimlərdən gedir?
7. Orada Aristotel Platonla, Sokrat Pifaqorla, Epikur Dioqenlə, Arximed Ptolemeylə  qarşılaşdı. Bütün bu qarşılaşma harada və kim tərəfindən “təşkil” edilib.
8. 1948-ci ildə təşkil edilən Yay Olimpiya oyunlarının emblemində Biq Ben öz əksini tapmışdır. Maraqlısı budur ki, emblem üzərindəki bu saatda əqrəblər gündüz saat 4-ü göstərirdi. Digər saatlar olduğu halda niyə məhz saat 4 göstərilirdi?
9. Cənubi Amerikada yaşayan bir məməli heyvan növü var. Onlar çox ləng və adətən gecə həyat tərzi keçirirlər. Yarpaq, tumurcuq və nazik budaqlarla qidalanırlar. Onların xəzi çox vaxt xırda yaşıl bitkilərlə-yosunlarla örtülmüş olur. Bu heyvanın adını tapın.
10. Onlar addım atarkən çox ehtiyatlı və asta olurlar. Ona görə də adicə 56 addım üçün təqribən 3 saat vaxt sərf edə bilirlər. Bu astayerişlilərin adlarını deyin.
Hər birinizə uğurlar arzu edirəm!
10 avqust 2014
GO BACK