MİO GRAF Azərbaycan dilində hazırlanmış virtual intellektual oyundur. Oyunda mövcud kateqoriyalar altında 1000'ə yaxın sual, internetdən,
jurnallardan, kitab və intellektual klublardan toplanılaraq oyuna yerləşdirilmişdir.
Layihə hər yeni versiyasında olduğu kimi, bu versiyasında da müəyyən qədər sadələşdirilmişdir. Məqsəd internet və kompyüter istifadəçilərinin boş vaxtlarının səmərəli keçirmələri üçün bir qədər köməklik göstərməkdir. Hazırda oyun üzrə 2 kömək haqqı mövcuddur ki, bunlardan biri suala məxsus 1 yanlış cavabı müəyyən edir və oyun üzrə 2 dəfə istifadə edilə bilər, digəri isə mövcud sualı dəyişdirərək başqa sualı ekranda göstərir. Eyni zamanda oyuna düşünmə zamanı da əlavə edilmişdir ki, bunu istəyə görə aktiv və ya passiv edə bilər və hər sual üçün istəyə görə saniyə limiti seçə bilərsiniz.
Suallar müəyyən qədər çətinləşdirilməklə yanaşı əvvəlki versiyadakı suallar da artıq istifadə edilməməkdədir. Hər oyun üçün sizə 15 sual verilir, hər sualın 4 variantı olur və onlardan biri doğru cavab hesab edilir. Yanlış cavab seçildiyi təqdirdə oyun dayandırılır və yeni oyun seçməyiniz lazım gəlir. Eyni zamanda əlavə edilmiş daha bir özəllik var ki, oyunu bağlamadıqca qarşılaşdığınız suallar təkrarlanmamaqdadır.
Yəni oyun pəncərəsi bağlanmadıqca bütün suallar qurtarana qədər qarşılaşdığınız suallar bir daha qarşınıza çıxmaz. Gündəlik oyun üçün məhdudiyyət qoyulmamışdır. İstifadə edilmiş suallar əsasən asanlığına görə 3 mərhələyə bölünüb. 1, 6 və 11-ci sual hər mərhələnin ilk sualı hesab edilir və hər mərhələdə suallar bir qədər çətinləşir.
Eyni zamanda oyunda qaliblər kateqoriyası altında oyun üzrə qalib gələnlərin adlarını görə bilərsiniz. Həmçinin 15 sualı doğru cavablandırdığınız təqdirsə qarşınıza çıxan formu dolduraraq internet vasitəsilə qaliblər siyahısına adınızı da salmağınız mümkündür.
Oyun layihəsinin müəllifi : Emin Novruzov