Əziz xanımlarımız, bu gün bir qədər axtarış edib bir neçə maraqlı meyvə-tərəvəz rəsmlərinə rast gəldim və sizlərlə də bölüşmək istədim. Xanımlar, fikrim sizi meyvə və tərəvəzlərdən iyrəndirmək deyil. Sadəcə, üzünüzdə bir az da olsa təbəssüm yaratmaq və sizi əyləndirmək istədim. Buyurun, şəkillərə birlikdə baxaq. Ümid edirəm ki, bəyənəcəksiniz.
Bu üzümlərin belə gözəl gülüşünü görüb necə yeməmək olar axı?
Balıq formasında olan çiyələyin öpüşünə hələ bir baxın. Amma digər tərəvəz çox utanıb deyə tanınmaz haldadır.
Bu portağal necə də alicənabdır, amma deyəsən artıq qocalıb, əsl yeyilən vaxtıdır.
Kələmi çox gözəl bəzəyiblər, hələ bir bunun qulağına baxın.
Bu soğanların artıq saçlarına bir əl gəzdirmək lazımdır.
Apple bu aralar yaman moddadır. Gərək mən də alım.
Görəsən, axırda kim kimi yeyib?
Pəhriz saxlayıb amma banandan əl çəkə bilməyənlər artıq banan yeməyəcək.
Görəsən, bundan sonra naringini yeyə bilənlər olacaqmı?
Xanımlar necədir? Bəyəndinizmi?