Bildiyimiz kimi, qarşıdan yay fəsli gəlir. Gəlməyinə gəlir, amma özü ilə bir neçə təhlükə də gətirir. Tərləmə, ağcaqanad, soyuducu suyu kimi təhlükələr sizi yaydan uzaqlaşdırmaq üçün son hazırlıqlarını edir. Diqqətli olun, onlar çox təhlükəli və olduqca güclüdürlər.
Yay fəslində bizi ovlamaq üçün gözləyən təhlükələrdən xəbəriniz varmı? Gəlin onların necə bir təhlükə olduqlarına nəzər salaq ki, onlara qarşı mübarizə apara bilək.
1. İnsanı musiqidən soyudan zənci qızlarla bol Sərdar Ortaç klipləri.
2.Yol gedərkən başınıza kondisioner suyunun damlaması.
Hər zaman kondisioner suyu damlamasa da, bəzən başınıza kondisoneri təmir edən usta düşə bilər.
3. Səhər şirin yuxudan məhəllələri gəzən avtomobil üstündəki səsyüksəldicidən eşidilən qadın səsi ilə oyanmaq.
4. Avtobusa minib, boş yerlərə baxarkən kölgə düşən yer tapa bilməmək.
5. İnstagramda dayanmadan ayaq şəkilləri paylaşan xanımlar. Qeyd edək ki, qumlu ayaq qoxu verər.
6. Siz işləyərkən istirahət edən iş yoldaşlarınızın paylaşdığı tətil şəkilləri. İnanın, bu, əzabdan da betərdir.
7. Ayağınıza yapışan qarpız tumu.
8. "Həkimlər" və "Cənnət məhəlləsi" filmlərini hər yay olduğu kimi yenidən yayımlamaları və ya Bodrumda başlayıb İstanbulda davam edən yay serialları.
9. Şortların cibində siqaret, alışqan və şəxsiyyət vəsiqəsi daşıyan kişilər. İnsanda göz zövqü saxlamazlar.
10. Tez-tez pəncərədən uşaqlarını çağıran qadınlar. "Ay xala, bir az sakit dur. Özüm gedib gətirərəm uşağını. Amma, sus, sən Allah."
11. Hər gün qaşınmağımıza səbəb olan baş bəlamız ağcaqanadlar. Artıq öz qanımdansan, gəl qucaqlayım səni.
12. Facebookunuzu zəbt edən toy və məzuniyyət şəkilləri. Bildik ki, evləndiniz, ya da məzun olduz.
13. Yastığın soyuq hissəsininin sizi tərk etməsi. Heç olmasa sən məni tərk etmə.
14. Bir-birindən tünd qoxulu ətirləri üst-üstə vuran xanımlar. Xanım, bundan daha tünd qoxulusu yox idi?
15.Avtobusda və ya insanların cəmləşdiyi yerlərdən gələn pis qoxular.
16. Göz zövqümüzü pozan yay dəbi.
17. "Ohh, nə yaxşı ki, kondisioner var" dediyiniz anda yaxanızdan əl çəkməyən xəstəliklər.
18. Tətilinizi zəhərə çevirən günəş yanıqları.
19. Dənizdə zövqlə üzməyinizə mane olanlar.
20. Hovuz başında qaralmaq üçün sizdən əvvəl yer tutan turistlər.
21. Hər gün dayanmadan yer silərək corablarınızın islanmasına səbəb olan ananız. İnşəAllah, bu yayı quru və təmiz corabla keçirərsiniz.
22. Yeni geyindiyiniz libasın çölə çıxar-çıxmaz islanması.
Əziz Qadın.Netlilər, bəs sizin bu siyahıya əlavələriniz varmı?