-Ata, sənə bir yaxşı, bir də pis xəbərim var.
-Onda yaxşı olandan başla, bala.
-Avtomobilin hava yastıqları çox yaxşı işləyir e..
***
-Salam, xəstəni görə bilərik?
-Bəli, amma çox yormayın.
-Ehhh, biz də futbol oynamağa çağıracaqdıq
Axirətdə iki qadının söhbəti:
-Salam, mənim adım Sonadır.
- Salam, mənimki isə Aydan. Sən necə ölmüsən?
- Donaraq.
- Ay, nə qədər qorxunc...
- Yox, o qədər də pis deyildi. Soyuqdan titrəməyə keçəndə istiləşməyə başladım və yuxu basdı - sonda hüzur dolu bir ölüm. Yaxşı, bəs sən necə öldün?
- Ağır bir infarkt keçirdim. Ərimin məni aldatdığını zənn etdim. Onu iş üstündə tutmaq üçün evə tez gəldim, lakin evdə təkbaşına televizora baxırdı.
-Hə, sonra nə oldu?
- Evdə başqa bir qadın olduğundan əmin idim. Bütün evi axtarmağa başladım. Hər yeri axtardım, lakin tapa bilmədim. Axtararkən həddindən artıq yorulmuşdum və infarkt keçirdib öldüm.
-Ah, bir də soyuducuya baxsaydın, indi ikimiz də yaşamış olacaqdıq...
***
Bir gün dəlilərdən biri həkimin yanına qaçaraq gəlib deyir:
- Həkim, tez bizim otağa gəlin.
Həkim onunla gedib görür ki, dəlilərdən biri özünü ayaqlarından tavana asıb.
Həkim:
- Bu nədir? - deyə soruşur. Həkimi çağırmağa gedən dəli cavablandırır:
-Həkim, bu zır dəli özünü işıq lampası hesab edir.
Həkim hirslənməyə başlayır:
-Elə şey olar, tez onu aşağı salın.
Yenə eyni dəli deyir:
- Həkim, o zaman da biz işıqsız qalarıq...
Həkimin halı
Məmməd əsgərlikdə imiş. Terrorçuların körpünün altında pusqu quracaqları xəbərini alırlar. Məmmədin bölümü də onlara qarşı əməliyyat təşkil etmək üçün körpüdə pusquya yatıb gözləyirmişlər. Bir saat keçir, gələn-gedən yoxdur. İki saat keçir, yenə yoxdur. Beş saat keçir, yenə yoxdur. Məmməd komandirin yanına gedərək deyir:
-Komandirim, bəlkə gedim baxım, birdən başlarına bir iş gələr e.
Yazıq komandir
***
Məmməd televizorda film izləyərkən telefon zəng çalır. Telefona cavab verən arvadı qısa danışıqdan sonra telefonu söndürüb Məmmədə səslənir:
-Camalın arvadı ölüb. Səni yasa çağırır.
Məmməd kədərli bir ifadəylə:
-Bu səfər getmirəm.
-Heç elə şey olar Məmməd? O, sənin ən yaxşı dostundur axı.
Məmməd bir az düşünür və deyir:
-Adam üçüncü dəfə arvadının yasına çağırır. Mən onu heç bir dəfə dəvət edə bilməmişəm. Nə üzlə yasa gedəcəyəm axı.
Arvadın halı
***
Məktəbə yeni gələn müəllim ilk dərsində şagirdlərə maraqlı bir cümləylə müraciət edir:
- Özünü ağıldankəm hesab edən varsa, ayağa qalxsın!
Sinifdən səs çıxmır. Nəhayət, şagirdlərdən biri ayağa qalxır.
- Sən özünü ağıldankəm hesab edirsən? - müəllim soruşur.
- Xeyr,- uşaq deyir. - Amma təkcə sizin ayaqüstdə durmağınıza könlüm razı olmadı