Qadin.NET / Dəlilər haqqinda lətifələr

Dəlilər haqqinda lətifələr

Dəlilər haqqinda lətifələr

1.Dəlixanaya gələn müxbir görür ki, xəstələr binanın damından özlərini çarpayıda atırlar. O soruşur:
-Nə edirsiniz?
- “Aeroflot” oynayırıq.
- Bəs direktor hanı?
- Onu ilk reyslə yola saldıq
Dəlixanada özünü vannada boğmaq istəyən bir dəlini başqa bir dəli sudan çıxarır. Baş həkim onu çağırıb deyir:
-Səni evə buraxacam. Amma heyif ki, o kişi özünü asdı.
-O özünü asmadı, mən asdım ki, qurusun.

2.Psixiatr soruşur:
-Sizin bir qulağınızı kəssələr nə olar?
-Pis eşidərəm.
-Əgər o birini də kəssələr?
-Görmərəm.
-Niyə?
-Çünki kaska aşağı düşüb gözümün qabağını kəsəcək.

3.Dəlixanaya zəng edirlər:
-Zəhmət olmasa, baxın, on səkkizinci palatada kimsə var?
- Yox, heç kəs yoxdu. Necə bəyəm?
- Aha, demək mən həqiqətən qaçmışam.

4.Üç dəli bir çarpayıda yatır. Çox darısqaldır. Onlardan biri dözmür və balışını götürüb gedir ki, döşəmədə yatsın. O biri başını qaldırıb deyir:
- Geri qayıt, bura seyrəldi!

5.Dəlixananın həyətində bir dəli konserv bankasına ip bağlayıb dalınca çəkir. Doktor yaxınlaşıb soruşur:
- Neynirsən?
- Görmürsünüz? İtimi gəzdirməyə çıxarmışam.
- Tez ona ağızlıq geyindir!

6.Psixiatr pasiyentə:
- Demək, hər gecə yuxunuza bir əcaib məxluq girir, üstünüzə atılır, bağırır, başınıza döyür? Təbii ki, oyanandan sonra o, yox olur.
- Məsələ burasındadır ki, yox olmur. Səhər adətən qışqırır: "Bəsdi yatdığın, avara, dur uşaqları bağçaya apar ".

7.Dəlixananın baş həkimi yeni işçini iş yeri ilə tanış edir. Otaqların birinin qapısını açıb deyir:
- Bu otaqdakılar avtomobilsevərlərdi.
- Bəs burda niyə heç kim yoxdu.
- Onlar hamısı çarpayının altında təmirlə məşğuldular.

8.Psixiatr pasiyentdən soruşur:
- Elə olur ki, Siz səs eşidirsiniz, amma haradan gəldiyini bilmirsiniz?
- Əlbəttə.
- Nə vaxt?
- Telefonun dəstəyini götürəndə.
1 aprel 2009
GO BACK