Qadin.NET / Qadın həyatının ideal və real günləri

Qadın həyatının ideal və real günləri

Qadın həyatının ideal və real günləri
Qadın həyatının ideal günü:
 
10.00 --- Sevdiyinin zərif öpüşü və sevgi etirafı ilə yuxudan oyanmaq
10.10 --- Səhər yeməyinin yatağa gətirilməsi (qəhvə, yeni sıxılmış meyvə şirələri və s.)
10.30 --- Səhər duşu almaq
11.00 --- Tərəziyə çıxmaq və 2 kq arıqladığını görmək
11.10 --- Özünü qaydaya salmaq, makiyaj etmək və geyinmək
Qadın həyatının ideal və real günləri
12.10 --- Bahalı mağazalarda qalın pulqabı ilə dolaşmaq
14.00 --- Ən yaxşı rəfiqələrlə nahar etmək, son dedi-qodular
14.30 --- Gözəllik salonuna baş çəkmək, pedikür, manikür, peşəkar bir masajistin masajı
16.00 --- İdman salonunda yüngül idman hərəkətləri
17.00 --- Evə qayıdanda qapının ağzında sevgilindən (həyat yoldaşından) böyük bir gül dəstəsi səbəti ilə qarşılaşmaq
Qadın həyatının ideal və real günləri
17.10 --- Sevimli serialları və moda proqramlarını izləmək
19.00 --- Məşhur bir rəssamın yeni sərgisinə getmək
21.00 --- Sevgiliniz (həyat yoldaşınız) sizi restorana dəvət edir, yemək sırasında, şam işıqlarında, brilyant üzük hədiyyə edir, sonra rəqs edirsiniz.
Qadın həyatının ideal və real günləri
23.00 --- Evə qayıdırsınız, Misir ətirli yağları ilə vanna qəbul edir, atlas gecə geyiminizi geyib yatağa girirsiniz.
24.00 --- Onun "Əzizim mən əbədi olaraq səninəm" sözləri ilə yuxuya gedirsiniz.

Qadın həyatının real günü:

6.00 --- Saat elə bir zəng çalır ki, az qalır yerə çırpıb qırmaq istəyirsiniz, yoldaşınızı yuxudan oyandırmağa çalışırsınız, o isə "Çəkil" deyə mırıldanır.

Qadın həyatının ideal və real günləri

6.10 --- Qaçaraq mətbəxə keçirsiniz: uşaqlara səhər yeməyi, yoldaşınıza iş üçün buterbrod, qəhvə, çay.
6.30 --- Evdə hər kəsi oyandırmağa çalışırsınız, uşaqlardan " Ana yox ol da" və ya yoldaşınızdan "Get də burdan" sözlərini eşidirsiniz.
6.40 --- Çay və qəhvə soyumuşdur, yuxudan oyanmış ailə üzvlərinin etirazlarını eşidirsiniz.
7.00 --- Yoldaşınızı işə, uşaqlarınızı məktəbə, ən balacasını isə bağçaya yola salırsınız.
7.30 --- Qabları yuyub, tezbazar evdən çıxırsınız.

 

8.30 --- İşə gecikirsiniz, yolda müdirə rast gəlirsiniz.
13.00 --- Ağır templi işdən sonra nəhayət ki, çay içirsiniz, quru bir buterbrod yeyirsiniz, diş həkimindən görüş almaq üçün poliklinikaya qaçırsınız (2 həftədir dişiniz ağrıyır)
16.30 --- İşdən çıxmağa hazırlaşırsınız.
17.00 --- Mağazalara qaçıb, dolu çantalarla basabas avtobusa minirsiniz.
18.00 --- Axşam yeməyi hazırlayırsınız.
18.30 --- Böyük uşağın dərslərinə kömək edirsiniz.
19.30 --- Divana əyləşərək film izləmək istəyirsiniz və birdən kirli paltarların hələ də kirli səbətdə qalmasını xatırlayırsınız.

Qadın həyatının ideal və real günləri

21.00 --- Kiçik uşaq yatmaq istəmir, onu sakitləşdirib yatırırsınız.
22.00 ---Bütün uşaqları yatırırsınız.
23.00 ---Yoldaşınız evə qayıdıb, toplantıdan söz edir, halbuki, üstündən qadın ətri və pomada qoxusu gəlir.
24.00 --- Yatmağa gedirsiniz, onun xorultusundan 2 saat oyaq qalırsınız. 

2.00 --- Tamamilə əldən düşüb istər-istəməz yuxuya gedirsiniz.

3 mart 2016
GO BACK