Qadin.NET / Çukçalar haqqında lətifələr

Çukçalar haqqında lətifələr

Çukçalar haqqında lətifələr

İki çukça göyə baxır.
- Bax, təyyarə uçdu. Hökumət təyyarəsidi.
- Yox, hökumət təyyarəsi olsaydı, yanında motosikletlər də gedərdi.
xxx

Çükça lotereyada «Volqa» udur. Maşını almağa gedib deyir:
-Mənə qırmızı «Volqa» verin.
- İstəyirsiz qara, yaşıl maşın verək?
- Yox, ancaq qırmızı.
- Qırmızı yoxdu.
- Onda mənim 50 qəpiyimi qaytarın.


İki çukça bombanı mişarlayır. Yoldan keçən bir nəfər bunlara deyir:
-Bomba partlayar.
- Eybi yox, bizdə yenə var.

xxx

İki çukça Şimal Buzlu Okeanının sahilində. Biri o birinə deyir:
- İstəyirsən sənə siyasi lətifə danışım?
- Yox, danışma. Eşidən olar, bizi harasa sürgün edərlər.

xxx

Çukça qapısında güzgü olan şkaf alır. Açıb içinə baxıb arvadına deyir:
- Bax, qardaşım bizə qonaq gəlib.
Arvadı baxıb deyir:
- Hələ yanında arvad da var.

xxx

Bir gün çukça «Volqa» alıb öz yerlərinə qayıdır. Maşını sürən çukça maşını necə saxlamağın qaydasını unudur və daşa çırpılır. Bir müddətdən sonra xəstəxanadan evə qayıdıb deyir: «Həkimlər dedi yaxşı ki, beynin yoxdu, yoxsa beyin silkələnməsi olardı».
27 mart 2009
GO BACK