Qadin.NET / Uşaqların məzəli kəlamları (2)

Uşaqların məzəli kəlamları (2)

Uşaqların məzəli kəlamları (2)

- Ana, mənə pul ver.
- Neyləyirsən?
-Tində dayanıb, qışqıran bir kişiyə verəcəm.

Oğlunun mərhəmətliliyinə sevinən ana pul verir və soruşur:
-Bala, o nə qışqirir?
-Dondurma alan, dondurma alan
  ***
-Ana, olar gedim, Fəridlə oynayım?
-Yox,   pis oğlandır.                      
-Onda gedim Fəridi döyüm?
***
Ana 7 yaşlı oğluna deyir:
-Mələklər sənə balaca bacı gətiriblər.Baxmaq istəmirsən?
-Yox, mən mələklərə baxmaq istəyirəm.
***
-Ata, mənə dondurma al!
-Sənə olmaz, boğazın ağrayır.
-Almasan, başlayacam sənə suallar verməyə.

Uşaqların məzəli kəlamları (2)

-Oğlum, de görüm məktəbdə hansı fənni xoşlayırsan?
-Zəngi!
 ***
Kamran xəstəxanada yatan müəlliməsinə baş çəkir.Sonra məktəbdə dostlarına danışır:
-Çıxış yolumuz yoxdur.Sabah o,məktəbə gələcək.
 ***
Müəllim:

- Yenə dərsini atan edib?
Şagird:

- Neyləyim, anam həmişə məşğuldur!
***
Heyvanxanada şirin qəfəsnini yanında uşaq atasından soruşur:
-Ata,birdən şir qəfəsdən çıxıb səni yesə, mən evə hansı avtobusla gedim?

Uşaqların məzəli kəlamları (2)

Mahir atasının uzun müddət göylərdən, mələklərdən, cənnətdən danışmasına qulaq asıb soruşur:
-Göydən sən, nə vaxt qayıtmısan?
 ***
Ailədə ekiz uşaqlar doğulur.Beş yaşlı uşaq atasından soruşur:
- Ata, bunlar hamısı burda qalacaq? Yoxsa göndəriblər ki,birini seçək?
 ***
Jaləyə konfet qutusu bağışlayırlar.Tərbiyəli qiz bilir ki, hamiya təklif etmək lazımdır. O, həm də bilir ki,böyüklər konfet götürmürlər. Jalə hamıya təklif edir, bir tək qardaşına təklif etmir.
-Bəs, qardaşına təklif etmirsən?-deyə ata soruşur.
-Çünki o götürür!!!                  

***

-Ana, bu hansı quşdur?

-Bilmirəm!
-Bəs niyə balaca olanda anandan soruşmadın?

Uşaqların məzəli kəlamları (2)

Evə qonaq gəlir. Dəhlizdə paltosunu, papağını çıxarır. 3 yaşlı Fatimə ona deyir:
-Araz əmi, eynəyini də cıxar, bizdə istidi!
***
-Necə oldu çarpayıdan yıxıldın?
-Mən gecə yatmışdım.Heç özümə baxmırdım.Sonra çarpayıya baxdım, gördüm ki, mən orda yoxam.
***
-Anan gözəldir, atan?
-Cavab verməyəcəm, istəmirəm anam incisin!
 ***
-Ana, gəl mənim yanımda yat, ikimiz bir yuxuya baxaq. 

Uşaqların məzəli kəlamları (2)

Ana:
-Bala, tez ol, məktəbə gecikirsən.
-Eybi yox, ana, məktəb bütün günü açıqdır.
 ***
- Böyüyəndə nə olacaqsan?
- Böyüyəndə xala olsam-həkim, dayı olsam-mühəndis.
***
6 yaşlı Cavidi yeməyə çağırırlar. Stola oturub nənəsinə deyir:
-Nənəcan, məni o qədər yedizdirirsən ki, qorxuram iştaham çatmaya!

13 may 2013
GO BACK