Qadin.NET / Viber Free Calls & Messages

Viber Free Calls & Messages

Əziz istifadəçilər, sizlərə Viber proramını təqdim etmək istəyirəm. Bu proqram vasitəsi ilə hər zaman pulsuz danışma, mesajlaşma, smayliklər göndərmə, şəkillər göndərmə kimi fürsətləri əldə edə bilərsiniz. Və ən əsası, danışdığınız insanın harda olmasını təyin edib ünvanını öyrənə bilərsiniz.

 

 

Danışmaq  istədiyiniz insanın hansı ölkədə və ya şəhərdə olması önəmli deyil.Sadəcə, Viberi və interneti olması yetərlidir. Bu proqramla həm konturunuza, həm də cibinizə qənaət edə bilərsiniz.

Viber 26 Fevral 2013-cü ildə Smartfonlar (Android, BlackBerry OS, iOS, İphone, Samsung, Nokia,Bada, Windows Phone və s.) telefonları üçün hazırlanmışdır. Hazırda 175 milyon işlədicisi var.Skype kimi bir çox internet proqramlarının rəqibi elan edilmişdir.

Beləliklə, Viberi telefonlarımıza köçürmək üçün telefonumuzun Marketinə ve yaxud Google-dən axtarış verib proqramı telefonumuza köçürdürük.

Wi-Fi və 3G olmasını yoxlayaraq İnterneti qosursunuz. Viber yükləndikdən sonra telefon nömrənizi orada olan boş yerə daxil edirsiniz.Kodla sizə SMS gəlir, kodu oradakı boş xanaya daxil edirik və beləliklə, proqramınız hazırdır. Telefon kitabçanızdakı dostlarınızın Viberi varsa, artıq sizin Viberinizdə də olacaqdır. Və yazışdığınız yerə istədiyiniz fon şəklini qoyub fonun üzərində yazışa bilərsiniz.

                                                                                               

 

 

Bu linkdən telefonlarınıza Viber proqramını yükləyə bilərsiniz.

 

                        http://www.androidz.ru/qip-aska-chaty-tag/viber-for-android-skachat-besplatno-105928.html

20 mart 2013
GO BACK