Qadin.NET / Uşaqlarımız üçün əlcək toxuyaq

Uşaqlarımız üçün əlcək toxuyaq

Uşaqlarımız üçün əlcək toxuyaq

Qışda mütləq əllər və ayaqlar isti olmalıdır. Bəzən nə qədər qalın geyinsək də, əl-ayağımız qızmır ki, qızmır. Bu isə geyimdən yox, qan dövranın pozulmasından, hemoqlabinin miqdarının aşağı olmasından və s. irəli gəlir. Biz əllərimizi isti saxlamaq üçün mütləq əlcək geyinməliyik, bu halda təkbarmaqlı əlcəklər çox faydalıdır. Təkbarmaqlı əlcəklər əlləri qışın soyuğundan, şaxtasından isti saxladığı üçün qışda məhz uşaqların təkbarmaqlı əlcək geyinmələri vacibdir. Əlcək təkbarmaq olarsa, bu zaman əllər az üşüyər, çünki qalan dörd barmaq bir-birinə yaxın olur. Bu gün təkbarmaqlı əlcəyin toxunma qaydası ilə tanış olacağıq. Bu, çox sadədir və ümid edirəm ki, toxumağı bacaran qızlarımız bunun öhdəsindən gələcəklər. Bu cür əlcəyi toxunuşu eyni qaydada olmaqla böyüklər üçün də toxumaq olar. Bu əlcəkləri bəzən gənc qızlar istilik üçün deyil, bəzək üçün geyinir. Məhz bu videodakı əlcəyi yaz-payız fəslində geyinmək daha doğrudur,çünki bu əlcəklər qarmaqla toxunduğu üçün isti saxlamır,lakin əlləri küləkdən çox yaxşı qoruyur. Belə əlcəklər istiliyinə görə yun, yaraşığına görə isə sintetik iplərlə toxunur. Qeyd edim ki,bu cur toxunuşla milçə ilə də toxumaq olur,toxumağı bacaran qızlar bunu videodan anlayacaqlar. Üzərinə sevdiyiniz güllərlə bəzək də vura bilərsiniz. Əgər naxış vurmağı bacaran qızlarımız varsa, o zaman siz naxışla toxuyun, çünki naxışla toxunan əlcəklər daha gözəl görünür. Gəlin birlikdə öyrənək, bilmədiyimizi şərhlərdə bir-birimizə başa salaq.

30 mart 2013
GO BACK