Əziz xanımlar, bu gün sizə balaca qız uşaqları üçün papaq toxuma qaydalarını təqdim edəcəyəm. Nədənsə payız gələn kimi mən artıq toxumaq haqqında düşünürəm. Kimə nə toxuyacağımı düşünərkən internetdə axtarışa başlayıram. Maraqlı, xoşuma gələn nə olsa onu toxumağa cəhd edirəm. Bəzən alınmır, lakin heç ruhdan düşmürəm, sadələrini tapıb toxuyuram. İki-üç gün əvvəl qızıma papaq toxumaq üçün axtarış edirdim. Bu papaq rastıma çıxdı. Çox bəyəndim, dərhal sizinlə paylaşmağı düşündüm. Əgər kim toxumağı bacarırsa, istədiyi rəngdə sap və bir-iki muncuq götürsün, aşağıdakı videolara baxıb əvvəldən sonadək ardıcıllığla toxusun. Nəticədə belə gözəl papaq əldə etmiş olacaq.
Mən qızıma toxudum, çox asandır toxumağı bacaranlar üçün. Onu da qeyd edim ki, bu qayda ilə sapı iki qat da götürə bilərsiniz. Mən qalın olsun deyə ikiqat sapla toxudum. Videoya baxsanız, papağın necə toxunduğunu anlaya bilərsiniz. Sadəcə olaraq tələsmədən, ardıcıllıqla videoları izləyib toxuyun. Nəticəsini görəcəksiniz, İnşAllah! Hamınıza uğurlar diləyirəm.