Qalstuk işlərində müvəffəqiyyətli olan müasir kişilərin obrazını tamamlayır. Güclü cinsin bəzi nümayəndələri qalstuku öz şəxsiyyətlərini nəzərə çarpdırmaq üçün gözəl vasitə olduğunu düşünürlər. Digərləri isə fürsət düşən kimi "mənfur ilgəyi" boğazlarından açaraq bir kənara tullayır. Ancaq hər nə olursa-olsun, bu gün qalstuk kişilərin qarderobunun vazkeçilməzi sayılır. Buna görə də hər bir kişi qalstuk bağlamağı bacarmalıdır.
Qalstuk seçərkən və bağlayarkən bunlara diqqət edilməlidir:
Qalstuk kəmərdən 2 sm aşağı olmalıdır.
Qalstuk təbii ipəkdən olmalıdır.
Çox sərt olmamalıdır.
Qalstukun eni bədəndən və dəbdən aslıdır.
Əgər siz həyat yoldaşınıza sürpriz etmək, onu heyrətləndirmək və ürəyini əbədi olaraq fəth etmək istəyirsinizsə, qalstuk bağlamağı öyrənin. Bunun üçün də əvvəlcə yoldaşınız üçün zövqünüzə uyğun gözəl qalustuk alırsınız ,istəyinizə görə bağlayıb yoldaşınıza hədiyyə edirsiniz!
Əziz xanımlar, bu dəfə sizlərə qeyri-adi qalstuk bağlamaq qaydasını təqdim etmək istəyirəm. Əgər həyat yoldaşınız qalstuk bağlamaqda çətinlik çəkərsə, o zaman bunu onun əvəzində siz edə bilərsiniz. Bu məsələdə təqdim etdiyim videolar köməyinizə çata bilər. Ümid edirəm ki, hər birinizdə alınacaq və bu, həyat yoldaşınız üçün bir yenilik olacaq. Buyurun, izləyin.
Birinci qayda
İkinci qayda:
Hər birinizə uğurlar!