Bir gün bir dəli öz-özünə gülür.Həkim elə bilir ki, dəli ona gülür.Dəlidən soruşur:
-Nəyə gülürsən?
Dəli:
-Hər dəfə öz-özümə lətifə danışıram.Amma bu dəfəkini heç eşitməmişdim.
***
İki dəli imtahana gedirlər.İmtahandan sonra həyətdə görüşürlər.Biri o birindən soruşur:
-Necə yazdın?
-Heç nə yaza bilmədim.Elə ağ vərəq verdim.Bəs sən?
-Elə mən də.Bura bax, birdən elə bilərlər bir-birimizdən köçürmüşük.
Bir gün komissiya dəlilərdən hansında dəyişiklik olduğunu, ağıllandığını yoxlamaq istəyir.Divara maşın şəkli çəkirlər.Bütün dəlilər bir-birinə qarışır.Biri deyir bu maşın mənimdir. O biri deyir yox, mənimdir.Ancaq dəlilərdən biri kənardan durub sakitcə bunlara baxır.Komissiya üzvü onun ağıllandığını hesab edir və yaxınlaşıb soruşur:
-Sən niyə burda dayanmısan?
Dəli deyir:
-Onsuz da maşının açarları məndədir.
***
Dəliləri təyyarəyə mindirirlər.Bir şəhərdən başqasına aparırlar.Amma təyyarədə o qədər səs-küy edirlər ki, axırda pilot dözə bilmir və yerini təyyarənin ikinci pilotuna təhvil verib içəri keçir.Nə baş verdiyini öyrənmək istəyir.Görür ki, dəlilər təyyarədə hamısı bir ağızdan bağırıb-çığırırlar.Amma ən başda oturan bir dəli o birilərinə baş qoşmur, dinməz oturub.
-Sən niyə səs salmırsan?-Deyə soruşur.
Dəli:
-Mən bunların “müəllimiyəm”.Bunlar da mənim “şagirdlərim”dirlər.İndi tənəffüsdür, ona görə səs salırlar.
Pilot çarəsiz qalıb yerinə qayıdır.Bir müddət sonra səslər tamamilə kəsilir.Pilot:-“Çox gözəl-deyə sevinir-.Hər halda özünü “müəllim” hesab edən dəli onlara dərs keçməyə başlayıb”.Amma dəqiqələr keçir.Arxadan heç bir səs-səda gəlmir.Pilot bir az da gözləyəndən sonra narahat olmağa başlayır.Gedib baxır və görür ki, qapı açıqdı və içəridə "müəllim"dən başqa kimsə yoxdur.Dəhşətlə soruşur:
-“Şagirdlərin” hardadır?
“Müəllim”:
-Dərsləri qurtardı.Hamısını evlərinə göndərdim.
İki dəli xəstəxanadan qaçmağa qərar verirlər.Gecə olan kimi plan hazırlayıb qaçırlar və ertəsi gün xəstəxanaya təkrar dönürlər.Dostları soruşurlar:
-Niyə qaçdınız və təkrar niyə geri gəldiniz?
Dəlilər cavab verirlər:
-Dünən məşq edirdik.Sabah qaçacağıq.