Qadin.NET / Gəlin birlikdə gülək

Gəlin birlikdə gülək

Gəlin birlikdə gülək

- Niyə dərman içmirsiniz?
- Dadı xoşuma gəlmir.
- Siz dərmanı için, elə hesab edin ki, konyak içirsiz.
- Yaxşısı budur konyak içim, elə hesab edim ki, dərman içirəm. drinks

 

***

Dəlinin biri yolun kənarındakı uçurumda durub aşağıya baxaraq "13, 13, 13..."-deyə qışqırır. Oradan keçən biri, dəlinin nə etdiyi ilə maraqlanır və yanaşaraq deyir " nə olu..." -deyə bilmədən dəli onu birdən uçurumdan aşağıya itələyərək atır və davam edir "14, 14, 14..."

 


Keçmişdə bir tərəkəmə dağdan enəndə bir parça güzgü tapır. Güzgüyə baxır, öz sifətini görür, gülüb deyir:
-Bu nə eybəcər adamdır!
Evdə də bir neçə dəfə beləcə güzgüyə baxıb gülür.
Arvadı buna təəccüblənir. Kişi yatandan sonra xəlvətcə alıb güzgüyə baxır, öz-özünə fikirləşir:
-Bəxtəvər başıma, kişinin xoşuna bu arvad gəlirmiş. Yəqin ki, buna bənd olub.
Qaynana görür ki, gəlin çox pərt olub. Səbəbini öyrənir. O, da fürsət tapıb güzgüyə baxır və deyir:
-Bu nə eybəcər arvaddı. Gedə dəli olub görəsən, nədi? Belə eybəcər arvada bənd olub…

 

Həddindən artıq kökəlmiş bir qadın arıqlamaq üçün kurorta getməyə hazırlaşır. Qohumlarından biri ona məsləhət görür ki, əvvəlcə oğlunu evləndirsin, sonra kurorta getsin. Kök qadın məsləhəti eşidir və oğlunu evləndirir.
Bir neçə aydan sonra məsləhət verən onlara gəlir və qadının həddindən artıq arıqladığını görüb deyir:
- Deyəsən kurortda olmusan, oranın havası sənə yaman düşüb.
Kök qadın cavab verir:
-Yox, mən kurorta getməmişəm, kurort bizə gəlib.

 

***

Günlərin bir günü xoruz supermarketə bayram alış-verişi etməyə gedir.Birdən orada bişməkdə olan toyuqları görüb deyir:

-Camaat kənddə toyuq axtarır, sizsə burada yelləncəkdə yellənirsiniz.

 

Gəlin birlikdə gülək
4 fevral 2013
GO BACK