Qadin.NET / Gülmək çox gözəldir

Gülmək çox gözəldir




-İki dost işdən evə qayıdırdı.
Biri:
- Mənim arvadım çox yaxşıdır. Gedən kimi çəkmələrimi qarşımda cütləyir, qəlyanım dolu olur. İndi qəhvəm və mətbəxdə bir vedrə isti suyum hazırdır.
- Hamısı çox gözəldir, ancaq o mətbəxdə bir vedrə isti su nə üçündür?
- Vallah, mən soyuq su ilə bulaşıq qabları yuya bilmirəm

*****



-Bir dəfə Bakıdan Naxçıvana uçan təyyarədə qız pilota yaxınlaşıb deyir:
Bir kişi var,özünü atmaq istəyir.Nə qədər eliyirik sakitləşmir.
Pilot soruşur ki,necə adamdır?
-Başı sarıqlı,əli-qolu sınıq,burnu qırıq
-Dəyməyin!O elə həmişə burada düşür

*****



Bir narkoman kilsəyə gəlib orda yanan şamları söndürməyə başlayır. Bunu görən keşiş qaçaraq gəlib şamları yandırır. Narkoman keşişi itələyib deyir: Sən nə edirsən? bu gün mənim ad günümdü.

*****


Müəllim şagirdlərə deyir:
-Sizə bir cümlə deyəcəm,onu cümlə üzvlərnə görə təhlil edəcəksiz.Cümlə belədir-Səfər ona verilən qızıl saatı almadı.Burda Səfər nə olur?
- Uşaqlar xorla deyir:
-AXMAQ!

*****


Bir gün oğul gəlir atanın yanına və deyir:
-Ata,mən yuxuda gördüm ki,sən mənə balaca,şirin bir maşın almısan.
Ata de deyir ki:
-Hə oğlum,dəcəllik eləməsən sənə bu gün yuxuda ondan da böyük maşın bağışlayacam.

*****


Müəllim 1 gün xarici sözləri izah edir
— Anonim özünün tanınmamağını istəyən şəxs deməkdir. uşaqlar kimdi o gülən?
uşaqlardan 1-i.
— Anonim 1 şəxs.
Uşaq bağçasında dərs bitir müəllimə uşaqlara deyir : Uşaqlar indi isə, müəllimə gedir. Nə demək lazımdır?
Uşaqlar xorla : Allaha şükür.

*****



Bir gün qaşıq deyir mən burda çox adamlar yedirtmişəm. Birdən çəngəl qışqırır: mən də, mən də. qaşıq deyir:
Sən sus!! Mırıq! Nəslimizin adını batırmısan...

*****



Qız nişanlısına deyir
- Mən səninlə evlənə bilmərəm sən çox xəsissən. Al bu da sənin nişan üzüyün.
Oğlan isə cavabında deyir
- Bəs qutusu hanı?

*****

Müəllim:
-Uşaqlar,nəyə görə öz sinif yoldaşınızı döymüsünüz?
-Çünki o, ev tapşırığını düzgün yazmamışdı.
-Bu axı onu döyməyə bəhanə deyil.
-Axı biz hamımız ondan köçürrmüşdük.

*****


Bir gün dəlixana sakini müdürə şikayət eleyir.
- Mənim otaq yoldaşım başına vedrə keçirir,əllərini də toka taxıb deyir: Lampoçkayam yandım söndüm yandım söndüm.
Məni yatmağa qoymur.
Müdür də cavabında deyir:
Sən ona fikir vermə yat.
Dəli deyir heç işıqda da yatmaq olar ??


ALLAH HƏR ZAMAN ÜZÜNÜZDƏN GÜLÜŞÜNÜZÜ ƏSİRGƏMƏSİN

2 sentyabr 2010
GO BACK