Qadin.NET / Kişi ilə qadın arasında məzəli fərqlər

Kişi ilə qadın arasında məzəli fərqlər

Kişi ilə qadın arasında məzəli fərqlər



Gələcək.

Qadın öz gələcəyi haqda narahat olur - Kişi tapıb evlənənə qədər.
Kişi öz gələcəyi haqda heç vaxt narahat olmur - Bir qadınla evlənənə qədər.

Uğur

Uğurlu kişi odur ki arvadının xərcləməsi üçün çoxlu pul qazansın.
Uğurlu qadın odur ki həmin kişini tapsın.

Evlənmək

Qadın kişiylə evlənir, ümid edir ki,o gələcəkdə dəyişəcək.
Kişi qadınla evlənir, ümid edir ki,o gələcəkdə dəyişməyəcək.Amma o dəyişir.

Mübahisə

Qadının hər axırıncı sözü mübahisəylə bitəcək, kişi bunun dalıycan bir söz əlavə etsə bu yeni mübahisənin təməlini qoyacaq.

Görünüş

Kişi yuxudan duranda axşam yatağa girdiyi kimi yaxşı görünür.
Qadın gecə ərzində xeyli eybəcərləşir.

Mağaza

Kişi 5 manatlıq bir əşyaya 10 manat verərək alacaq.
Qadın ehtiyacı olmadığı 10 manatlıq əşyanı 5 manata almağa çalışacaq, ehtiyacı yoxdu amma o satılır.

İntim həyat

Qadın 30-35 dəqiqəlik intim aktı üstün tutur.
Kişi 30-35 saniyəlik akta üstünlük verir.

Səhnəcik

Qadın üçün filmin ən maraqlı yeri baş qəhrəmanın sevgilisini ilk dəfə öpməsi səhnəsidi.
Kişi üçün filmin ən maraqlı yeri qəhrəmanın rəqibini əzişdirməsi səhnəsidi.

Telefon

Kişi telefondan bir əlaqə vasitəsi kimi istifadə edir.
Qadın bir həftə rəfiqəsigildə qalacaq, sonra evə qayıdıb həmin rəfiqəsi ilə yenə 3 saat telefonda danişacaq.

Film

Hər bir aktrisa kariyerası ərzində filmdə ən azından bir dəfə açıq-saçıq səhnədə çəkilib. Bunun səbəbi odur ki hər bir filmin rejisoru kişidi.

Hesab

Kişilər kafedə hesabı verərkən hərəsi 5 manat stolun üstünə atacaq. Baxmayaraq kı bütün hesab cəmi 8 manatdı.
Qadınlar hesab verərkən arxa ciblərindəki kalkulyatoru çıxardacaq.

Sevgi

Qadınlar qulağı ilə sevir
Kişilər gözləri ilə

Ayrılıq

Sevgililər bir birindən ayrılandan sonra qız ağlayacaq və bütün ürəyini rəfiqəsinə boşaldacaq. Sonda isə "Bütün kişilər səfehdi" adlı bir roman yazacaq.
Oğlan isə ayrılıqdan sonra daha çox əzab çəkir. Ayrılıqdan 6 ay keçəndən sonra gecə saat 3-də ona zəng edəcək və deyəcək:"Mən sadəcə bilməni istədim ki, sən mənim həyatımı məhv elədin, mən sənə nifrət edirəm, sən sadəcə bir tərbiyəsiz qızsan. Amma bizim üçün həmişə şans var.
31 avqust 2010
GO BACK