Qadin.NET / Gülməli lətifələr

Gülməli lətifələr

Gülməli lətifələr


1.Bir gün bir uşaq dəniz sahilində gəzirmiş. Birdən bir lampa görür və lampaya təpik vurur. Lampanin içindən bir cin çıxır və deyir:
-Sən məni neçə illik məhrum olduğum azadlığa çıxardın. İndi məndən nə istəyirsən denən.
-Üzr istəyirəm.

2.Molla bardağı qızına verir vә üzünә iki şillә çәkib deyir:
Gözətlə sındırma ha!
Qızın günahsız döyüldüyünü vә ağladığını görәnlәr deyirlәr:
Molla, bu günahsız qızı nә üçün döyürsәn?
Vurdum ki, bardağı sındırmasın, yoxsa sınandan sonra nә etsәn yersizdir.


3. Mollaya üzlü bir qonaq gәlir. Gecә yeyib-içәndәn sonra yerlәr salınır, yatmaq istәyirlәr. Qonaq başını yuxarı qaldırıb tavandan asılmış üzüm salxımlarını görən kimi mızıldaya-mızıldaya oxuyur:
Bizim yerlәr, bizim yerlәr.
Yatanda üzüm yeyәrlәr.
Molla yorğanı düzәldә-düzәldә cavab verir:
Bizdә elә adәt yoxdur:
Saxlayıb gündüz yeyәrlәr.


4. -Ana, o kişi kimdir?
- Hansı bala?
- O saçları biz-biz durmuş, gözləri qızarmış kişini deyirəm.
- Hə bala, o sənin atandır. İnternetə qoşulub... :-)

5. İki sevgili yeməyə çıxırlar, yemək yeyəndə oğlan qızı qucaqlayır və deyir: Əzizim atapleniyaya oxşayırsan. Qiz deyir: Nədi bəyəm çox istiyəm ? Oğlan deyir: Yox qabırqaların görsənir.


6.Müəllim sual verir:- Kim mənə iki hadisənin eyni vaxtda olması haqda misal gətirə bilər ?Uşaq əlini qaldırır:-Atamın da anamın da toyu təsadüfən eyni günde olub.

7.Bir gün bir kişi evdə yemək yeyəndə həyat yoldaşı onu arxadan tava ilə vurur. Neyləmişəm mən deyəndə arvadı deyir:
- Cibində kağız tapdım üzərində Daisy yazıb. O kimdi?
-Daisy? eh.. Mən at yarışı oynayıram axı. Bax ordakı atların birinin adıdır.
Həyat yoldaşı:
- Bağışla mən səni çox qısqanıram səni.
Aradan 1 həftə keçəndən sonra yenə arvadı əlində telefon ilə gələrək tava ilə kişini vurur. Kişi deyir:
- Axı bu dəfə nə etmişəm?
Həyat yoldaşı:
- Heç nə. Atın mesaj yazıb al cavab yaz.

8.Bir həkim xəstəsindən soruşur:
- Oğlum sənin bir qulağını kəssəm nə olar?
Dəli:
- Canım ağrıyar,həkim
- Bəs iki qulağını da kəssəm?..
Dəli:
- Onda görə bilməyəcəm ki?..
Həkim:
- Nə əlaqəsi var oğlum!?
Dəli:
- Necə yəni nə əlaqəsi var?! Eynəyimi harama taxacam?!
25 avqust 2010
GO BACK