Qadin.NET / Gəlin, birlikdə gülək

Gəlin, birlikdə gülək

 

[hide][/hide]

 

 

Əziz Qadın.Netlilər, gülüş ömrü uzadır, deyirlər. İlk xəbərimlə sizin gününüzə gülüş qatmaq istədim.

 Gəlin, birlikdə gülək.

Bir gün uşaq evə gəlib anasına deyir:

-Ana, bu gün müəllim bir sual verdi, hamıdan birinci mən cavab verdim.

Anası deyir:

-Ay mənim ağıllı balam, nə sual verdiki müəllim?

-Dedi ki məktəbin aynalarını kim sındırıb? Mən də tez əlimi qaldırıb dedim ki, mən... winked

 

Bir gün ana dovşana gəlib deyirlər ki:

-Oğlunuz dərslərini pis oxuyur, hər gün 2 alır.

Ana dovşan deyir:

-Xeyr, yalan danışmayın, mənim oğlum nə versələr alandır... winked

 

Bir gün dəlixananın müdürü dəliləri yoxlamağa gəlir, deyir görək hansısa ağıllanıb? Görür ki həyətdə dəlilərdən biri divara maşın şəkli çəkir. Öz-özünə fikirləşir ki yəqin bu ağıllanıb. Dəliyə yaxınlaşıb soruşur:

-Sən o maşın şəklini nə edəcəksən, neynirsən onu?

Dəli deyir:

-Sürüb evimizə gedəcəm... winked

Gəlin, birlikdə gülək

Bir gün meşədə heyvanlar bir yerə toplaşırlar, hava soyuq olduğundan odun lazım olur. Şirə deyirlər odun gətirməyi, şir razılaşmır. Dovşana deyirlər, dovşan razılaşmır. Pələngə deyirlər, pələng də razılaşmır. Axırda tısbağaya deyirlər, tısbağa razılaşır. Aradan 5-6 saat keçir, heyvanlar öz aralarında tısbağanın dalınca danışmağa başlayırlar. Deyirlər ki, bu tısbağanı da bir yerə göndərəndə 5 saatdan gəlir. Tısbağa deyir:

-Ayə, hələ qapıdan indi çıxmışam, dalımca danışmağa başladınız. Getmirəm, odun filan gətirməyə... winked 


Uşağın 5 yaşı olur,amma o hələ də danışmır.Ailəsi çox narahat olur.Bir gün səhər yeməyinde uşaq “hardadi eee bu qənd?” deyəndə atası və anası şoka düşürlər və atası soruşur:

-Oğlum,bəs, bu günə qədər niyə danışmırdın?  

Oğlu cavab verir:
-Bu günə qədər hər şey yolunda idi. winked

 

Dəlixanada dəlinin biri ağacın altında şaqqanaq çəkib gülür.Dostu yaxınlaşıb soruşur?
- Nəyə gülürsən?
- Heç! Mən həmişə öz-özümə anekdot deyib gülürəm. Amma bu dəfəkini heç eşitməmişdim. winked

 

85 yaşlı bir qoca kişi 80 yaşlı qoca arvadına deyir:

 Gəl, cavanlığımızı yada salıb ilk dəfə tanış olduğumuz yerdə görüşək.

 Qoca həmin yerə gedib arvadını bir müddət gözləyir, amma arvadı gəlmədiyindən evə qayıdır və arvadından soruşur: 

 -Niyə gəlmədin? 

 Arvad da deyir: 

 -Atam buraxmadı.  winked

1 avqust 2012
GO BACK