dəbilqəyə dəyib yerə düşür. Motosikletçi tez motosikletdən düşür və qaçır sərçənin yanına. Huşsuz sərçəyə yazığı gəlir və onu evə aparır. Evdə olan köhnə bir qəfəsə bir az, bir az çörək qoyduqdan sonra quşu bu qəfəsə buraxır.
Bir müddət keçdikdən sonra sərçə ayılmağa başlayır. Ancaq yenə də ətrafı bulanıq görür. Bir də görür ki, olduğu yerdə barmaqlıq, su və çörək var. Birdən həyəcanlanır və deyir:
-Aman Allah, deyəsən adamı öldürmüşəm.
İki ovçu öz aralarında söhbət edirlər:
-İtinizi almaq istəyirəm. Sadiqdir?
- Bəli. Hədsiz dərəcədə sadiq itdir. Bu barədə sizə yüz faiz zəmanət verirəm.
- Niyə bu qədər arxayın danışırsınız?
- İndiyə qədər beş dəfə satməşam. Hər dəfə də geri qayıdıb.
Müəllim uşaqdan soruşur:
-Oğlum, əlini şalvarının sağ cibinə saldın və 10 manat çıxartdın. Sol cibindən isə 5 manat çıxartdın. Sənin indi nə qədər pulun var?
Uşaq belə cavab verir:
- hər halda, əynimdə başqasının şalvarı var.