Qadin.NET / İş görüşməsinə gedərkən bu səhvlərə yol verməyin

İş görüşməsinə gedərkən bu səhvlərə yol verməyin

 

1. Ağır qoxusu olan ətir

Alimlər, insanların 30%-nin çox ağır ətirlərdən xoşu gəlmədiyini bildirirlər. Bu tip ətirlər həssas insanlarda baş ağrısına səbəb olur. Mədə bulantısı və gözlərdə yanma halları müşahidə edilir. İş görüşməsində qarşılaşcağınız insanlarda müsbət təsir buraxmaq üçün ağır ətirlərdən qaçın. 

 

İş görüşməsinə gedərkən bu səhvlərə yol verməyin

 

 

2. İş görüşməsindən əvvəl yuxusuz qalma 

İş görüşməsinə gedəcəksinizsə, gecə yaxşı yatmağa diqqət edin. Telefonların mavi işığı yuxusuzluğa səbəb ola bilər. Yuxusuzluq gözlərinizin altında tünd halqalar yarada bilər. Yuxusuzluq düşünmə sürətini zəiflədir və suallara cavab verməkdə problemlə üzləşə bilərsiniz.

 

İş görüşməsinə gedərkən bu səhvlərə yol verməyin

 

 

3. Şəxsi problemlərinizi və həyatınızdan bəhs etmək

İş görüşmələrində şəxsi problemləriniz və həyatınızdakı problemlərdən danışmaq qarşı tərəfə itici gələ bilər. İşə götürənlər sizin işdəki potensialınızı dəyərləndirməyə çalışacaqlar. Sizin problemlərinizin çox olması, onların seçiminə təsir edəcək.

 

İş görüşməsinə gedərkən bu səhvlərə yol verməyin

 

 

4. Duyğularınızın sizin ələ keçirməsinə icazə vermək

İş görüşməsində həyəcanlı və gərgin ola bilərsiniz. Bu halda bədənin istiliyi artır və tərləyirsiniz. Tərli ovuc içi, parlaq alın iş görüşməsi üçün yaxşı hal deyil. Özünüzə təlqin edin, bir stəkan soyuq su için.

İş görüşməsinə gedərkən bu səhvlərə yol verməyin

13 dekabr 2019
GO BACK