1. Kredit kartı istifadə etmək
Kredit kartları, büdcənin ən böyük düşmənidir. Əlimizdəki puldan daha çoxunu xərcləməyimizə imkan yaradan bu kartlar, ay sonu gələndə kabusa çevrilir. Əlinizə keçən pulun hamısını kredit kartı borclarına getməsi, büdcənizi planlamağınıza və pulu məhsuldar istifadə etməyinizə mane olur.
2. Restoranda yemək
Əgər evdə yemək yerinə, restoranda yeməyə üstünlük verirsinizsə, büdcənizi havaya sovurduğunuz göz qabağındadır. Hər nə qədər məsum vərdiş kimi görünsə də, uzun müddət sonra həddindən artıq xərcləməyinizə səbəb olacaq. Dostlarınızla görüşüb kafedə oturmağı sevmiş ola bilərsiniz. Həftədə bir axşam müəyyənləşdirim, evdən kənarda yemək yeyə bilərsiniz. Bunu hər gün üçün etməyin.
3. Xərclərinizi izləməmək
Büdcəni idarə etməklə bağlı edilən ən böyak xəta xərcləri izləməməkdir. Dünən axşam nə qədər xərclədim? kimi suallara cavab tapa bilmirsinizsə, demək xərclərinizi izləmirsiniz. Mütləq xərclərinizi hesablayın.