Qadin.NET / Almaz və yaqutlarla dolu "Mirny Çuxuru"

Almaz və yaqutlarla dolu "Mirny Çuxuru"

 

Mir almaz mədənin yerləşdiyi Mirny çuxuru, dünyanın ən böyük ikinci insan əli ilə yaranmış çuxur olaraq tarixə adını yazdırdı. Dünyanın göbək dəliyi olaraq adlandırılan çuxur haqqında yazını sizə təqdim edirik.

 

Almaz və yaqutlarla dolu "Mirny Çuxuru"

 

“Diamond City (Elmaz Şəhəri)” olaraq adlandırılan bölgə, Şərqi Sibirdə yerləşir.

 

Almaz və yaqutlarla dolu "Mirny Çuxuru"

 

İçi boş kimi görünən Mirny çuxurunun hekayəsi 13 iyun 1955-ci ildə Mirny qəsəbəsində almaz daşın tapılması ilə başlayır. 

 

Almaz və yaqutlarla dolu "Mirny Çuxuru"

 

Almaz yataqları, sovet geoloqları Yuri Khabardin, Yekaterina Elagina və Viktor Avdeenko tərəfində Amakinsky səfəri əsnasında kəşf edildi.

 

Almaz və yaqutlarla dolu "Mirny Çuxuru"

 

Sovet geoloqları Kimberlit olaraq bilinən volkanik daşın izindən getmələri sayəsində almaz yatağını kəşf etdilər. Mirny qəsəbəsində almazın kəşf edilməsi 1957-ci ildə Rusiyada Lenin mükafatına layiq görüldü.

 

Almaz və yaqutlarla dolu "Mirny Çuxuru"

 

Mir mədənin inşası Stalinin planı ilə başladı, ancaq hava şərtlərinə görə mədənçiləri çətinləyə saldı. Başlanğıxda zəmin dondu, qazma işləri çətinləşdi. Daha sonra təklər, yanacaqlar belə dondu. Qışdan sonra gələn qısamüddətli yaz mövsümündə çuxur palçığa çevrildi. Bütün çətinliklərə baxmayaraq dinamitlər və müxtəlif alətlərlə genişlədilən çuxur, 525 metr dərinliyində və 1,25 kilometr enində açıldı.

 

Almaz və yaqutlarla dolu "Mirny Çuxuru"

 

Mədən açıldıqdan sonra ildə 10 milyon karat almaz istehsal olundu, bu almazların yüzdə 20-si yüksək keyfiyyətlidir. 23 dekabr 1980-ci ildə Mir mədənin ən böyük almazı çıxarıldı. Almaz, 68 qram ağırlığında idi.

 

Almaz və yaqutlarla dolu "Mirny Çuxuru"

 

Böyük və geniş olan Mirny çuxuru, alçaqdan uçan təyyarələri aşağı çəkərək qəzalara səbəb ola bilir. Mədənin dibində olan hər kəs, başının fırlandığını və geri qayıdarkən həddindən artıq xoşbətlik və coşqudan ibarət eyfariya hissinin olduğunu deyirlər.

 

Almaz və yaqutlarla dolu "Mirny Çuxuru"

 

Temperaturun -40 dərəcəyə qədər düşdüyü mədənə ancaq xüsusi icazə ilə girilir.

Mədən, son dəfə "Alrosa" adlı şirkət tərəfindən istifadə olundu və qaynaqları bitdiyi üçün 2004-cü ildə tərk edildi.

 

Tərcümə: Ustaclı

7 oktyabr 2019
GO BACK