Heyvanlar aləmi insanları təəccübləndirməyə davam edir. Bu baxımdan görmə, eşitmə, hiss etmə, dadbilmə kimi xüsusiyyətləri digər canlılardan fərqli olan heyvanlar arasında yarasa, delfin, suiti və digər canlılar var.
Popular Science” jurnalı dünyanın ən güclü heyvan növlərini açıqlayıb.
Bizim hiss edə bilmədiklərimizi duyan 5 heyvan…
Delfinlər
“Bioloji sonar sistemi” adlandırılan səs lokasiyası sayəsində delfinlər harada olduqlarını müəyyən edə bilir. Bəzi elm adamları delfinlərin bununla hamilə insanları təsbit edə bildiyini də düşünür.
Hörümçəklər
Təhlükəni hiss edə bilən hörümçək növləri müsbət bir atmosferdə olduqlarını hiss edəndə mənfi enerjili tor ifraz edirlər. Həmin torların üzərində olduqları məkanı tərk edirlər.
Vampir yarasaları
Vampir yarasaları burunlarındakı istiyə həssas kanal vasitəsilə qanı görə bilir. Ətrafdakı heyvanların qan istiliyini hiss edən yarasalar bu formada ov edirlər.
Fillər
Fillər ayaqlarıdakı titrəməni hiss edən sinirlər sayəsində hətta çox aşağı səviyyədə hərəkətləri belə eşidə bilirlər.
Suitilər
Suitilər görmə və eşitmə məsələsində bütün məməlilərlə eyni özəlliklərə malik olsa da, yemək tapmaqda fərqlilikləri var. Suitilər 80 tükdən ibarət bığlarının ucundakı qəbuledici vasitəsilə uzaqdakı balığın yerini müəyyən edə bilir.
Mənsur Rəğbətoğlu