Qadin.NET / Ətirin saxta olub-olmadığını necə müəyyənləşdirməli?

Ətirin saxta olub-olmadığını necə müəyyənləşdirməli?

Səhv etmirəmsə arıqlamaq ilə bağlı google.az axtarış saytından istifadə etdim. Qış ayları olardı.

Google.az-ın təqdim elədiyi ilk variant qadın.net saytı oldu. Daxil oldum, mövzular, saytın dizaynı maraqlı gəldi mənə və mən burada qalmaq qərarına gəldim, çətinliklə qeydiyyatdan keçdim. O gündən isə arada sayta baxıram marağlı nə olursa “seçilmiş xəbərlər” ə əlavə edirəm. Bu dəfə isə istədim öz xəbərimi göndərim. Ilk xəbərimi isə ətirlərə həsr etmək istəyirəm, yəqin çox onları çox sevirəm deyə. =)

Ətirin saxta olub-olmadığını necə müəyyənləşdirməli?

 

 Siz orijinal ətir almaq istəyirsinizsə, bu zaman aşağıda qeyd elədiyim bəzi məsləhətlər köməyinizə gələcək.


1. Qablaşdırma


Ilk öncə tualet suyunun və ya ətirin qablaşdırmasına diqqət edin. O yaxşı keyfiyyətdə və davamlı olmalıdı. Sallofanla örtülübsə ətrin qabı bu zaman nəzər yetirmək lazımdı ki, sallofan qutuya tam şəkildə oturmuş olsun. Həmçinin də sallofanın aşağı və yuxarı hissələrdə aşağıdakı şəkildə bir birinə tikilmiş olsun.

 

Ətirin saxta olub-olmadığını necə müəyyənləşdirməli?
Yəni orijinal ətirlərin qablaşdırılmasında sallofanın küncləri bir birinə xüsusi  tikilir və ştamp formasında görsənir. Saxta məhsulda adi kley və ya oxşar vasitələrlə yapışdırılır və davamsız olur.

 

 Yeri gəlmişkən qəliz dizayna malik flakonlar da orijinallıq zəmanəti hesab oluna bilər belə ki, onların saxtasını yaratmaq çox çətindi.


2. Yazısı

Orijinal məhsulun yazısı hər zaman dəqiq və səliqəli olur. Adı isə mütləq ingilis və ya fransız dillərindən birində olmalıdır.  Əsl fransız ətri heç vaxt “parfume” şəklində yazılmır. Doğru olaraq “parfum” e ( yəni  E  dırnaqdan sonra durur). Istehsalçılar haqqında məlumat da hər zaman “ Made in ....”  təşkil edir. Bundan başqa, əsl ətirdə yazılar həmişə malın adını göstərir, həmçinin də  istehsalın tarixini, istehsalçı ölkəni, yararlıq müddəti, məhsul tərkibini. Diqqət yetirdikdə bəzən görmək olar ki, məhsulun adı doğru yazılmayıb. Məsələn “ Kenzo” deyil “ Genzo “ olaraq.

 


3. Ştrix kod

 Fransız tualet suyunun ştrix kodu “3” ilə başlayır. Hər ehtimala qarşı digər məşhur ölkələrin ştrix kodlarını təqdim edirəm. Böyük Britaniya – 50, İspaniya – 84, İtaliya – 80-83, Almaniya – 400-440.


4. Flakon

Flakonun şüşəsi şəffaf olmalıdır. Əsl ətir heç vaxt metal qapaq ilə bağlanmır, çünki korlana bilər. Maye də həmçinin şəffaf olmalıdı, parlaq rəng saxtalıq əlamətidir. Son olaraq isə qiymətə diqqət edin. Əgər o çox cəlb edicidirsə çox güman ki, orijinal deyil.

 

18 oktyabr 2011
GO BACK