Yetkin insanların gecə ərzində 6 saatdan artıq arxası üstə hərəkətsiz yatması nəticəsində kürək əzələləri gücünü itirir,kürək və bel ağrıları əmələ gəlir.Uzun müddətli hərəkətsizlik səbəbi ilə qan şəkəri azalar, hipoqlisemiya meydana gələr. Sabah namazına durmaq bunun qarşısını alır.
Həqiqətən də təqaüdə çıxan insanlar təqaüdçü olduqdan sonra kürək və bel ağrılarından əziyyət çəkdiklərini bildirirlər.Təqaüdə çıxan insanların boş vaxtı çox olduğundan günlərini yataraq keçirdikləri,uzun müddət hərəkətsiz qaldıqları üçün səhhətləri pozulur.Uzun müddət hərəkətsiz qalmaq 50 və 60 yaşına çatmış insanlarda ateroskleroza (damar sərtliyinə),damarlara yağ toplanmasına,ostroxondroza,şəkər xəstəliyinə (diabet) və qan şəkəri azlığına yol açır.
Şəkər xəstəliyi irsi bir xəstəlikdir.Ailənin məsləkinə uyğun olaraq ən hərəkətsiz olan insanlarda ortaya çıxmaqdadır.
Peyğəmbərimiz (s.ə.s) uzun müddət qaçıb yorulan səhabəyə “Asata-asta qaçın.Belə etsəniz həm dincələrsiniz,həm də uzun məsafə qət edərsiniz.” – demişdir.Asta qaçış tərzindəki yürüşlər zamanı topuq və daraq sümüklərinin başı və barmaqlar kimi bir-birini təqib edən bioloji qığırdaqlar bədənimizi yuxarıya meylləndirir və xəfiflədir.Yüngül yerişlə qaçsaq sürətlə qaçılıb-yığılaraq tez yorulan əzələlərimizi dincəltmiş və yuxarı dartılması ilə də yerin cazibə qüvvəsinə uyğun olaraq təsir və əks təsir gücündən faydalanaraq bədənimizin yükünü yüngülləşdirmiş olarıq.