Hədiyyənin qiyməti hədiyyə edənin maddi imkanlarına uyğun olmalıdır. Cibə uyğun gəlməyən comərdlik, ətrafdakılara məlum olan gözəl imkanlara baxmayaraq edilən xəsislik təki çox mənasizdir. Tez-tez imkanli şəxslər bahali hədiyyələrlə hədiyyə verdiyi insani pis vəziyyətdə qoyur,onu sanki ''özünü ona borclu imiş kimi'' hiss etdirir.
Hədiyyələr, kimə nəzərdə tutulmuşsa, onlarin imkanlarina, ehtiyaclarina, xarakterinə, zövqünə, istəklərinə və onların həyat tərzinə uyğun olmalıdır. Əgər bu mümkündürsə, onda yaxşı olardi ki, nəzakətlə o insanin hansi hədiyyəni istədiyini aydinlaşdirasiniz. Hədiyyəni verdiyiniz zaman onu necə aldiğiniz barədə uzun-uzadi danişmayin. Hətta əgər siz hədiyyə axtarışı niyyəti ilə bütün şəhəri gəzdinizsə, bu haqda bildirməyin. Və əlbəttə heç vaxt hədiyyənin qiyməti haqqında danışmayin, bununla siz yalnız sizin tərbiyənizin səviyyəsinin necə aşağı olmasını vurğulayacaqsınız.
Həmçinin hədiyyəni qəbul edərkən də kifayət qədər nəzakətli olmaq lazımdır. Hədiyyəni alarkən hədiyyə edənə təşəkkür edib dərhal açmaq lazımdır. Hədiyyəyə baxmadan qirağa qoymaq nəzakətsizlik olardi. Əgər hədiyyə sizin xoşunuza gəlmədisə, öz narazıçilığınızi ucadan ifadə etmək lazım deyil, hər halda hədiyyə edən insana təşəkkür etmək lazımdır.
Hədiyyə - diqqətin göstəricisidir, buna görə yalnız təşəkkür etmək kifayət deyil, həm də vurğulamaq lazimdir ki, siz məhz bu şeyi (kitabı, ətiri, paltari, diski və s.) istəyirdiniz və bu şey sizin çox xoşunuza gəlir. Əgər hədiyyə, verənin öz əli ilə hazirlanmişsa, onda ikiqat təşəkkür etmək lazımdır. Əgər hədiyyə poçt ilə göndərilmişdirsə və ya üçüncü şəxs vasitəsilə çatdırılmışdırsa, hədiyyə edənə qısa məktubu göndərməklə, və ya telefon zəngi ilə təşəkkür etmək lazımdır.
Konfetlər, meyvələr hədiyyə edilirsə o zaman bütün ətrafdakilari da onlara qonaq etmək qəbul edilmişdir.
Hədiyyədən imtina etmək yalnız o zaman ola bilər ki, nə vaxt ki, hədiyyə o qədər qiymətlidir ki, sizi özünüzü borclu hiss etməyə məcbur edir. Bu halda siz diqqətə görə təşəkkür etməlisiniz və rəddi əsaslandırmalısınız.
Öz yaxınlarlarıniza hədiyyələr etmək daha asandır, çünki onların ehtiyaclarını və onlara ən böyük sevinc gətirəcək şeylər sizə məlumdur. Ailə üzvlərinə güllərdən tutmuş avtomobilə qədər istənilən hədiyyələr vermək olar.
Ev- məişət əşyaları həmişə sevinclə qəbul edilir. Əlbəttə, əgər əvvəlcədən siz həmin insanlarin nə istədikləri haqqında maraqlanmış, zövqlərini və arzularını nəzərə almısınızsa.
Kassadan qəbz o zaman verilə bilər ki, əgər hədiyyə etdiyiniz şey zəmanətlə satılmışdırsa və onu ehtiyac olduğu halda dəyişmək olar.